Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Azərbaycan Prezidenti: Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq
Prezident: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
8 İyul 2021 16:07
5 418
Haqsız rəqabət halları ilə mübarizənin sahibkarlarla dövlət qurumları arasında tərəfdaşlıq müstəvisində aparılması bu sahədə səmərəliliyi təmin edən əsas amillərdəndir. Bu baxımdan sahibkarlıq subyektlərinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əməkdaşlığı bazarda ədalət prinsipinin bərqərar olmasında xüsusi əhəmiyyət kəsb edir.
Xidmətdən bildirilib ki, bu əməkdaşlığın nümunəsi olaraq, çatdırılma xidmətləri bazarında fəaliyyət göstərən "Volt Azərbaycan" MMC qisa müddət ərzində Dövlət Xidmətinin göstərişlərini yerinə yetirməklə yanaşı, haqsız rəqabətə səbəb olan müqavilə şərtlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırıb.
MMC-nin Dövlət Xidmətinə ünvanladığı müraciətində gələcəkdə bu cür hallarla qarşılaşmamaq məqsədilə partnyorlarla münasibətləri bir daha nəzərdən keçirəcəyi, qanunvericiliyə uyğun olmasına daha çox diqqət yetirəcəyi vurğulanıb.
Dövlət Xidməti rəqabət sahəsində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən qurum olaraq bazar iştirakçıları ilə dialoq üçün həmişə açıqdır və bütün sahibkarları əməkdaşlığa dəvət edir. Məqsəd haqsız rəqabət hallarına qarşı sahibkarlarla birgə mübarizə aparmaqla, bazarın bütün iştirakçıları üçün ədalətli mühitin yaradılması və bir rəqibin digərləri üzərində əsassız üstünlük qazanması hallarının qarşısının alınmasıdır.
25 Sentyabr 18:39
847
25 Sentyabr 18:38
798
25 Sentyabr 17:34
805