“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
4 Oktyabr 2021 09:38
3 094
Sumqayıt-Bakı yolunda sıxlığın azaldılması üçün “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın girişinə alternativ yolun çəkilməsi təklif olunub.
Bəs, Beynəlxalq Avtovağzalın yaxınlığından Abbas Mirzə Şərifzadə küçəsinə çəkilməsi nəzərdə tutulan bu yol nə qədər effektivdir?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı məsələni Trend-ə şərh edib. Bildirib ki, bu istiqamətdə tıxacların aradan qaldırılması üçün daha əvvəl körpünün şaxələndirilməsi barədə də təkliflər verilib, amma mövcud şəraitdə alternativ yolun çəkilməsi daha məqsədəuyğundur: "Keçmiş Nəqliyyat Nazirliyinin çəkdiyi körpü bir az geniş tikilsəydi və 20 Yanvar dairəsi üzərindən həm sağa, həm də sola qanadlar atılsaydı, bu gün o körpü daha faydalı olardı. Amma sovet dövründən qalma şablon bir layihə kimi işlənildiyi üçün effektiv nəticəsi də olmadı. Dünyanın qabaqcıl ölkələrində indi belə standart körpülər tikilmir. Körpülər tikiləndə şaxələndirilir. Hesab edirəm ki, AAYDA-nın təklif etdiyi alternativ yol 20 Yanvar dairəsində xaotik vəziyyəti qismən aradan qaldıracaq. Bu hissə Azərbaycan paytaxtının şimal qapısıdır. Bu qapı nə qədər rahat və təhlükəsiz şəkildə qurulsa, nəticədə bir o qədərə yaxşı olacaq".
Ekspert bildirib ki, hazırda, eyni vəziyyət Xırdalan dairəsində də yaşanır və gələcəkdə orada yenə genişləndirmə işləri aparılsa, yol kənarında inşa edilmiş bütün evlər sökülməli olacaq: "O evlərin tikintisinə hansı şəraitdə icazə verildiyi də araşdırılmalıdır. Ümumiyyətlə, bu tip iri yol layihələri köklü şəkildə, dərindən təhlil edilməli, 50-100 il üçün hesablanmalıdır. Təəssüf ki, bu gün Azərbaycandakı yolların bir çoxu 3-5 il üçün nəzərdə tutulub. Və ya mövcud şəraitə uyğun olaraq çıxış yolu kimi qəbul edilib. Bu layihələr işlənərkən uzunmüddətli perspektiv nəzərə alınmalıdır".
1 Noyabr 14:45
2 121
1 Noyabr 13:43
2 163
1 Noyabr 13:27
2 114