Dünya Bankı qızılın qiyməti üzrə proqnozunu açıqlayıb İqtisadiyyat

Dünya Bankı qızılın qiyməti üzrə proqnozunu açıqlayıb

Dünya Bankı gələn il qızılın orta qiymətinin 2,5% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in Dünya Bankının əmtəə bazarları üzrə yenilənmiş hesabatı istinadən verdiyi məlumata görə, 2022-ci ildə qızılın bir unsiyasının orta qiymətinin 2,5% azalaraq 1 750 ABŞ dolları olacağı gözlənilir.
Uzunmüddətli proqnoza gəldikdə, 2023-cü ildə qızılın bir qədər də ucuzlaşacağı gözlənilir və orta qiymətinin 1 730 dollara enəcəyi proqnozlaşdırılır. 2021-ci ildə isə qızılın orta qiymətinin ötən illə müqayisədə 1,5% artaraq 1 795 dollara bərabər olacağı ehtimal edilir.

Qeyd edək ki, cari ilin III rübündə zəif investisiyalar və tələb fonunda qiymətli metallar ucuzlaşıb. Qızılın qiyməti isə qızılla dəstəklənən birjalardan vəsaitin axını və mərkəzi bankların zəifləmiş qızıl alışları fonunda azalıb. Təkcə sentyabrda qızılın bir unsiyasının orta qiyməti avqustla müqayisədə 0,6% və ya 10 dollar azalaraq 1 775 dollara enib.