Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Fevralın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,86% – 35,768.06 bəndədək, S&P 500 indeksi 1,45% – 4,587.18 bəndədək, Nasdaq indeksi isə 2,08% – 14,490.38 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 9-da FTSE 100 indeksi 1,01% – 7,643.42 bəndədək, Almaniyanın DAX indeksi 1,57% – 15,482.01 bəndədək, Fransanın CAC-40 indeksi isə 1,46% – 7,130.88 bəndədək yüksəlib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,04% azalaraq 1,1423 dollar təşkil edib.