Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Dağlıq Qarabağ münaqişəsi başlayandan ABŞ-ın Azərbaycanda bir neçə səfiri işləyib”

“Dağlıq Qarabağ münaqişəsi başlayandan ABŞ-ın Azərbaycanda bir neçə səfiri işləyib” Müsahibə

“Dağlıq Qarabağ münaqişəsi başlayandan ABŞ-ın Azərbaycanda bir neçə səfiri işləyib”

Teyyub Qənioğlu: "Ancaq ABŞ-ın bu problemin həllinə dair beynəlxaq hüquqa zidd, ermənipərəst mövqeyində heç bir dəyişiklik olmayıb"
Bütöv Aərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Teyyub Qənioğlunun partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edirik.

- Teyyub bəy, ABŞ-ın Ermənistandakı səfiri Con Heffern "News.am" saytına müsahibəsində qeyd edib ki, Dağlıq Qarabağın yekun statusu yerli əhalinin öz iradəsi əsasında formalaşacaq. Səfirin bu açıqlaması Dağlıq Qarabağın Azərbaycandan qoparılması anlamına gəlmirmi?
- Səfir Con Heffern ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına dair mövqeyinə təmamilə bələd olan şəxsdir. Mən əvvəlki müsahibələrimin birində qeyd etmişdim ki, ABŞ-nı ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlikin dili ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına dair irəli sürdüyü 6 təklif bu regionun Azərbaycandan ayrılmasına xidmət göstərir. Mən səfirin qeyd edilən müsahibəsi ilə tanışam. Con Heffern Dağlıq Qarabağ ətrafında olan ərazilərin qaytarılması məsələsinin münaqişənin nizamlanmasının altı elementindən biri olduğunu bildirir. Bu müsahibədə diqqəti çəkən odur ki, səfir əminliklə deyir:" Dağlıq Qarabağın yekun statusu yerli əhalinin öz iradəsi əsasında formalaşacaq". Daha sonra Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafında ərazilər geri qaytarılacaq. Yəni ABŞ-nın mövqeyi yüz faiz Ermənistanın mövqeyinə uyğun gəlir. Ermənistan da deyir ki, Dağlıq Qarabağın müstəqilliyi müqabilində Laçın dəhlizi istisna olmaqla işğal altındakı digər əraziləri qaytarmağa hazırdır. Düzü ABŞ rəsmilərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair tutduqları mövqe insanda ikrah hissi oyadır. Onlar sözdə qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsi dövlətin ərazi bütövlüyü və öz müqəddəratının təyin edilməsi prinsipləri əsasında həll edilməlidir. Reallıqda isə Dağlıq Qarabağda referendum keçirməklə bu bölgəni Azərbaycandan ayırmağa çalışırlar. Əgər ABŞ doğrudan da Dağlıq Qarabağ münaqişəsinin dövlətin ərazi bütövlüyü və öz müqəddəratının təyin edilməsi prinsipləri əsasında həll edilməsini dəstəkləyirsə onda referendum keçirməyə nə ehtiyac var? Axı Azərbaycan ən yüksək səviyyədə dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində dünyada mövcud olan ən yüksək muxtariyyət hüququ verməyə hazırdır! Səfirin açıqlaması bir daha onu göstərir ki, ABŞ israrla Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına çalışır. ABŞ-ın bu mövqeyi həm də ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərinin mövqeyi ilə üst-üstə düşür.
- Səfir eyni zamanda, qeyd edib ki, nizamlanma müqaviləsinin altı elementinə regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi də daxildir. Sizcə, regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifi nəyə xidmət edir?
- Səfir sözügüdən müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-nın yalnız və yalnız Ermənistanın mövqeyini dəstəklədiyi tam çılpaqlıqla özünü biruzə verir. Con Heffern qeyd edir ki, erməni tərəfi əraziləri qaytarmazdan əvvəl regionda beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilməli və təhlükəsizlik zəmanəti olmalıdır. Başqa sözlə, demək istəyir ki, əvvəl regionda beynəlxalq sülhməramlı qüvvələr yerləşdirək, sonra Dağlıq Qarabağda referendum keçirib onun müstəqilliyini bəyan edək və Azərbaycanı fakt qarşısında qoyaq. Ona görə də, ABŞ və Ermənistanın irəli sürdüyü təkliflər əsasında regiona beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi Dağlıq Qarabağın "müstəqilliyinin" elan edilməsinə nail olunması anlamına gəlir. Erməni faşistləri Xocalıda, eləcə də işğal etdikləri ərazilərdə azərbaycanlılara qarşı o qədər qeyri-insani, bəşəri cinayətlər törədiblər ki, ərazilər azad olunandan sonra öz miskin taleləri üçün qorxu hissi keçirirlər. Ona görə də, təbiidir ki, Dağlıq Qarabağ azad olunandan sonra, bir müddət, regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə razı olmaq mümkündür. Ancaq fikrimizcə, yalnız aşağıdakı şərtlər daxilində: birinci, Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğal olunmuş torpaqları, qeyd-şərtsiz azad edilir; ikinci, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət hüququ verilir; üçüncü, yalnız bundan sonra regionda beynəlxalq sülhməramlı qüvvələr yerləşdirilir və bu qüvvələr qaçqınların, məcburi köçkünlərin maneəsiz və təhlükəsiz öz doğma yurdlarına qayıtmalarına nəzarət edir. Həm də, beynəlxalq sülhməramlı qüvvələrin tərkibində ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin hərbi qüvvələri olmamalıdır.
- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar mətbuata açıqlamasında deyib ki, "Hazırda işğal altında olan Dağlıq Qarabağ ətrafı 7 rayon Azərbaycana qaytarılmalıdır". Səlahiyyət müddəti bu yay başa çatan səfirin açıqlaması ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyində dəyişiklik olduğuna işarə hesab etmək olarmı? Yoxsa amerikalı həmsədr də fransalı keçmiş həmsədr Bernar Fasyenin yolunu getmək istəyir? Yəni səlahiyyəti bitəndən sonra həqiqəti söyləmək fikrinə düşüb.
- Riçard Morninqstarın açıqlaması ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyində heç bir dəyişiklik olmadığını bir daha göstərdi. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafı 7 rayon Azərbaycana qaytarılır, ancaq Dağlıq Qarabağ Azərbaycandan ayrılıb müstəqilliyini elan etməlidir!? ABŞ Azərbaycana növbəti səfir olaraq Robert Sekutanın namizədliyini irəli sürmək niyyətindədir. Bu da ABŞ-ın qeyd edilən münaqişəyə münasibətini dəyişməyəcək. Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsi başladığı andan indiyədək ABŞ-ın Azərbaycanda bir neçə səfiri işləyib. Ancaq ABŞ-ın bu problemin həllinə dair beynəlxaq hüquqa zidd, ermənipərəst mövqeyində heç bir dəyişiklik olmayıb və Riçard Morninqstarın açıqlaması bir daha göstərir ki, olmayacaq da! ABŞ Dağlıq Qarabağı sülh yolu ilə Azərbaycandan ayırmaq niyyətindədir. ABŞ başa düşür ki, müharibə yolu Dağlıq Qarabağın seperatçılardan təmizlənməsi ilə nətilənəcək. Ona görə də bütün gücü ilə müharibə variantını istisna etməyə çalışır və bunun üçün hərbi cəhətdən getdikcə güclənən Azərbaycana təzyiq etməkdən çəkinmir. Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyi hər kəsə aydındır- Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və bunun üçün hərbi gücdən istifadə olunacağını istisna etmir.
Bu günlərdə ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlik bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanması təhlükələrə yol açır. Göründüyü kimi, Azərbaycanın son günlər qətiləşən mövqeyi ABŞ-ı təşvişə salıb və bu dövlət Azərbaycana yeni təzyiq yolunun müəyyənləşdirilməsi üçün digər həmsədrlərlə məsləhətləşmək istəyir. ABŞ və digər həmsədr dövlətlər başa düşmək istəmir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyi qətidir və bu mövqedən çəkinməyəcək! Ona görə də, ABŞ və digər həmsədr dövlətlər regionda müharibə istəmirlərsə Azərbaycanın bu ağrılı probleminin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi yolunu tutmalıdırlar. Özü də bunu nə qədər tez etsələr özlərinin türk dünyasının bətnində yaratdıqları qara yara- Ermənistan- üçün bir o qədər xeyirli olar!