4 Fevral 2021 09:45
133 511
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi tamam olur.
Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirib. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərmiş, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb.
Milli Kitabxanadan APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq “Lütfi Zade – 100” adlı virtual sərgi hazırlanıb.
Virtual sərgidə dünya şöhrətli alimin həyat və fəaliyyətini əks etdirən materiallar, rəsmi sənəd, fotolar, müəllifi olduğu kitablar, eləcə də haqqında yazılmış kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Lutfi_Zade_100/index.htm linkindən istifadə edə bilərlər.
23 İyul 07:12
1 442
29 İyun 10:40
2 058
14 İyun 10:34
4 004