“NIZAMI GƏNCƏVI ILI”NƏ HƏSR OLUNAN ONLAYN RƏSM MÜSABIQƏSINƏ YEKUN VURULUB Ədəbiyyat

“NIZAMI GƏNCƏVI ILI”NƏ HƏSR OLUNAN ONLAYN RƏSM MÜSABIQƏSINƏ YEKUN VURULUB

“Nizami Gəncəvi ili”nə həsr olunmuş “Nizami Gəncəvi yaradıcılığı gənc rəssamların gözü ilə” mövzusunda yeniyetmə və gənclər arasında onlayn rəsm müsabiqəsinə yekun vurulub.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 7-18 iyul tarixlərində keçirilən müsabiqəyə iştirakçılar tərəfindən 28 rəsm əsəri təqdim olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin edilməsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunması və onun zəngin ədəbi-bədii irsinin gənc nəsil arasında təbliği, yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün şəraitin yaradılması, eləcə də gənc istedadların üzə çıxarılmasıdır.

Müsabiqənin nəticəsinə əsasən portret janrı üzrə Əsədova Səbinə I, Abasəliyeva Şadxanım II, Xankişiyeva Lalə və Əsgərov Ömər III yerə layiq görülüblər. Dahi şairin əsərlərinə çəkilən rəsmlər üzrə Mirzəyeva İnci I, Əliyeva Fatimə II, Əliyev Turan, Əsgərova Aişə, Zeynalova Rəqsanə və Babayeva Züleyxa III yeri tutublar.

Müsabiqənin qaliblərinə idarə tərəfindən fəxri fərmanlar təqdim edilmişdir.

Cavid