İlk görüşdən möcüzə gözləmək olmaz - Çavuşoğlu Siyasət

İlk görüşdən möcüzə gözləmək olmaz - Çavuşoğlu

Bu görüş münaqişə başlayandan sonra xarici işlər nazirləri səviyyəsində ilk görüşdür. Digər tərəfdən, görüşdə möcüzə gözləmək lazım deyil, amma siyasi müstəvidə bu görüş mühüm başlanğıcdır.

Trend-in məlumatına görə, bunu Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, bu görüşün liderlər səviyyəsində keçirilməsi müzakirə olunub.

"Ukrayna tərəfi bildirib ki, cənab Zelenski belə görüşə hazırdır, cənab Lavrov isə cənab Putinin prinsipcə buna qarşı olmadığını bildirib. Onu da xatırlatmaq istərdim ki, prezidentimiz son telefon danışığında Putinin prinsipcə buna qarşı olmadığını birbaşa bildirdi. Bildiyiniz kimi, Belarusda nümayəndə heyətləri arasında davam edən proses var. Biz Türkiyə olaraq bu prosesin başlanmasını təşviq etdik. Bu prosesdə xüsusilə Ukrayna tərəfi bu görüşlərin Türkiyədə keçirilməsini istəyirdi", - deyə Çavuşoğlu əlavə edib.