Azərbaycan BMT institutlarını azad olunmuş ərazilərdə rekonstruktisiya prosesində daha aktiv iştiraka təşviq edir Siyasət

Azərbaycan BMT institutlarını azad olunmuş ərazilərdə rekonstruktisiya prosesində daha aktiv iştiraka təşviq edir

Azərbaycan BMT-nin gündəliyini dəstəkləyir. Azərbaycan hökuməti BMT institutlarını azad olunmuş ərazilərdə rekonstruktisiya prosesində daha aktiv iştirak etməyə təşviq edir.

Bunu Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Səmərəli müzakirələr oldu. Hökumət yenidənqurma işlərini özü reallaşdırır, ancaq bununla yanaşı, bu prosesdə beynəlxalq ictimaiyyətin aktiv dəstəyinə, donor dəstəyininə də ehtiyac var".

XİN başçısı Ceyhun Bayramov isə qeyd etdi ki, Azərbaycan münaqişədən əziyyət çəkmiş ərazilərə verilən dəstəyi qiymətləndirir və bu istiqamətdə fəal iştiraka çağırış edir. Azərbaycan dayanıqlı inkişaf hədəflərini qlobal səviyyədə dəstəkləyir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva da bildirdi ki, BMT Azərbaycanın verdiyi töhfələri, təşəbbüsləri yüksək qiymətləndirir.

"Bundan sonra da Azərbaycanla fəal işləməyə davam edəcəyik", - o qeyd edib.

Bununla da Şuşada baş tutan konfrans başa çatıb.