“Sübutlar yoxdur, ehtimallar var”
6 Aprel 21:35
6 Aprel 21:35
6 Aprel 21:30
6 Aprel 21:19
6 Aprel 21:10
31 Mart 2022 18:46
6 370
Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan "Trans-Xəzər Şərq-Qərb dəhlizi" barədə dördtərəfli bəyannamə imzalayıb.
Trend bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, sənəd Şərq-Qərb dəhlizinin vacibliyini vurğulayır və dörd ölkənin beynəlxalq nəqliyyat sisteminə inteqrasiya potensialını möhkəmləndirir.
Bəyannamədə, həmçinin, Avropa ilə Asiya arasında rəqabətqabiliyyətli daşımaların təşviqində Bakı-Tbilisi-Qars dəmir yolunun vacib rolu qeyd olunur və həmin dəmir yolunun buraxılış gücünü artırılması üçün tikinti işlərinin başa çatmasının vacibliyi vurğulanır.
Sənəddə həm də bu marşrut üzrə nəqliyyat əməliyyatlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə infrastruktura investisiyaların vacibliyi qeyd olunur.
6 Aprel 21:11
938
6 Aprel 20:26
1 148
6 Aprel 19:12
1 155