"Bir çox Avropa ölkəsi Rusiyaya sanksiya tətbiq edilməsinin əleyhinə çıxışlar edir" - Turan Rzayev Siyasət

"Bir çox Avropa ölkəsi Rusiyaya sanksiya tətbiq edilməsinin əleyhinə çıxışlar edir" - Turan Rzayev

"Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibə fonunda Qərbin rəsmi Kiyevə dəstəyi bu gün də davam edir. Bununla belə Qərbdə heç də bütün siyasətçilər Ukraynanı dəstəkləmir. Fransa, Almaniya kimi ölkələr başda olmaqla bir çox Avropa ölkəsi Rusiyaya sanksiya tətbiq edilməsinin əleyhinə çıxışlar edir". Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. T.Rzayev bildirib ki, misal üçün Fransada Marin Le Pen, V.Pekres buna misal ola bilər: "Hər iki siyasətçi Fransa prezidentliyinə namizənd idi və hər ikisi də Rusiyaya pərəstişliyi ilə seçilirdi. Valeri Pekres prezident seçkiləri öncəsi Ermənistana, daha sonra isə Qarabağa qanunsuz səfər etmişdi. Həmin vaxt sülhməramlılar bu məsələni izah etməkdə çətinlik çəksə də aydın məsələdir ki, onun Kremlə pərəstiş etməsi Kremlin də öz növbəsində onun prezident seçkilərində dəstəkləməsi ilə nəticələndi. Valeri Pekresin Qarabağa qanunsuz səfərini həmin vaxt məhz Kremlin təlimatı ilə Rusiya sülhməramlıları icazə vermişdi.
Le Penə gəldikdə isə o Fransa prezident seçkilərində ultrasağ cərəyanın namizədi idi. Mari Le Pen seçicilərin 40 faizdən artıq səsini toplamış və beləcə Fransa ifrat radikalların nə qədər dəstəkləndiyini bir daha sübut etdi. Hesab edirəm onun Rusiya mövqeyi yekunda prezident seçkilərində məğlub olması ilə nəticələndi. La Penin, hətta Rusiya Prezidenti Vladimir Putin ilə şəkilləri də yayılmışdı.
Fransanın qonşusu Almaniyada da vəziyyət elə də fərqli deyil. Eks-kansler Angela Merkel hər zaman Rusiyaya qarşı sanksiyalardan yaralanmış Kremllə münasibətlərin inkişafına daha çox qayğı göstərmişdir. Əslində Almaniyanın bu mövqeyini anlamaq olur. Belə ki, alman sənayesinin enerji resurslarına ehtiyacını böyük ölçüdə Rusiya qarşılayır. Buna görə də istər merken istərdəsə hazırkı hakimiyyət Rusiya əleyhinə sərt qərarlar verə bilmir.
Bu gün Avropanın Rusiyadan enerji asılılığının olması bir çox siyasilərin Rusiyaya baxış bucağını dəyişir".

Əli Zülfüqaroğlu