Ukrayna müdafiə qüvvələri Kupyanskda Rusiya ordusunu mühasirəyə alıb
Rusiyada dövlət səviyyəsində anti-Azərbaycan siyasəti və diasporumuza hücum davam etdirilir
Bakıda Britaniya–Azərbaycan iqtisadi əməkdaşlığının gələcəyi müzakirə olunub
Neft-qaz sektoruna bu il 4,7 mlrd. manatdan artıq vəsait yönəldilib
24 May 2022 20:16
3 619
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Çətin sınaqlardan keçmiş qardaş Azərbaycan xalqı bu gün haqlı olaraq dövlət quruculuğundakı, iqtisadi və sosial sahələrin inkişafındakı nailiyyətləri, beynəlxalq aləmdə nüfuzu ilə fəxr edə bilər.
Minsk Bakı ilə əməkdaşlığın, dostluğun və qarşılıqlı anlaşmanın indiki səviyyəsini yüksək qiymətləndirir.
Əminəm ki, çoxşaxəli Belarus-Azərbaycan tərəfdaşlığı yeni perspektiv layihələrlə zənginləşəcək və bundan sonra daha da möhkəmlənəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və bütün planlarınızın həyata keçməsini, Azərbaycan xalqına isə sülh və yeni-yeni uğurlar arzulayıram".