Deputat AŞPA-nın komitə iclasında iştirak edəcək Siyasət

Deputat AŞPA-nın komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı Erkin Qədirli iyunun 6-da Fransaya yola düşəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xalaqcəbhəsi.az-a verilən məlumata görə, deputat AŞPA-nın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi komitəsinin Paris şəhərində keçirilən iclasında iştirak edəcək.
AŞPA-nın komitə iclasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi, hakimliyə dair tələblərlə bağlı məsələlər nəzərdən keçiriləcək, komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, növbəti iclasının yeri və vaxtı müəyyən ediləcək.
Səfər iyunun 8-də başa çatacaq.