Səməd Seyidov Ermənistan nümayəndə heyətini AŞPA-nı yanıltmamağa çağırıb Siyasət

Səməd Seyidov Ermənistan nümayəndə heyətini AŞPA-nı yanıltmamağa çağırıb

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası zamanı çıxış edib.

APA-nın Avropa bürosunun xəbərinə görə, o, çıxışında yay sessiyasının ilk günündən etibarən AŞPA-dakı erməni nümayəndə heyətinin regiondakı vəziyyəti tam tərsinə, fərqli təqdim etdiyini deyib.
Səməd Seyidov Ermənistan nümayəndə heyətini beynəlxalq qurumu yanıltmamağa, regionda daha da qeyri-müəyyən vəziyyət yaratmamağa çağırıb.

“Mənim onlara tövsiyəm bu olardı ki, onlar azərbaycanlılarla eyni masa arxasında oturacaq cəsarəti tapsınlar, sülh haqqında düşünsünlər, AŞPA-da edəcəkləri yanıldıcı çıxışlar haqqında yox... Azərbaycan, Gürcüstan və Ermənistan da daxil olmaqla, regiondakı ölkələrin iqtisadi inkişafı haqqında düşünsünlər. Bunu edərək kommunikasiyaya açıq olsunlar və yeni reallığı qəbul etsinlər", - deputat çıxışında bildirib.