Ermənistanın Rusiya banklarına ehtiyacı yaranır Siyasət

Ermənistanın Rusiya banklarına ehtiyacı yaranır

Bu ilin aprelində Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri və İran Moskvada azad ticarət sazişi bağlamaq üçün danışıqlar aparıblar.

Politoloq İlyas Hüseynovun fikrincə, hazırda müvəqqəti razılaşma qüvvədədir. Bir tərəfdən Aİİ və onun üzv ölkələri, digər tərəfdən İran İslam Respublikası arasında azad ticarət zonasının formalaşmasına aparan müvəqqəti saziş 2018-ci il mayın 17-də bağlanıb və 27 oktyabr 2019-cu ildən qüvvədədir:

"Hekayənin maraqlı tərəfi odur ki, Aİİ-nin İran İslam Respublikası ilə sərhədi olan yeganə ölkə Ermənistandır.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, erməni bankları İranla işləməkdən imtina edir. Ermənistanda fəaliyyət göstərən Mellat Bank İran bankları ilə işləsə də, bu, böyük ticarət dövriyyəsinə kifayət etmir.

Görünən odur ki, hazırkı şərtlərlə Ermənistan və İran arasında iqtisadi əlaqələrin inkişafı mifdir.

Belə olan halda, Ermənistanın Rusiya banklarına ehtiyacı yaranır. Hazırda sanksiyalara məruz qalan Rusiya bankları İranla işləyir. Həmin bankların Ermənistanda filiallar açması prosesə müsbət təsir edə bilər".

Cavid