Azərbaycan beynəlxalq aləmə töhfələri ilə çox böyük və nüfuzlu ölkə imicini formalaşdırıb - Deputat Siyasət

Azərbaycan beynəlxalq aləmə töhfələri ilə çox böyük və nüfuzlu ölkə imicini formalaşdırıb - Deputat

Bu gün dünya sanki üçüncü dünya müharibəsinin astanasındadır. Beynəlxalq fonda gərginlik və ziddiyyətlər günü-gündən artmaqdadır. Ukrayna müharibəsi və dünya gücləri arasında fikirlərin üst-üstə düşməməsi bu gərginliyi günü-gündən dərinləşdirir. Dünya bazarları ərzaq böhranına sürətlə sürüklənir. Avropanın enerji təhlükəsizliyi problemi günü-gündən dərinləşməkdədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Avropanın qaz anbarların boşalması qış fəslin yaxınlaşdıqca daha çox narahatlıq yaratmağa başlayıb və Avropanın liderləri dünyanın iri qaz istehsalçı ölkələri ilə danışıqlar aparılmasına məcbur edib.

"Həm də Çin-Tayvanarasında, Suriyada, Kosovoda hərbi gərginlik dərinləşib. Uzun sürən pandemiya ilə bağlı tətbiq olunmuş məhdudiyyətlər istehsal və ixrac zəncirlərində qırılmalar yaradıb. Bütün bunlar dünyanı ərzaqla bağlı böhranını dərinləşdirib. Beynəlxalq siyasətdə ağır fəsadlar yarandığı fonda ayrıca ölkələrin iqtisadiyyatlarını və təhlükəsizliyini qorunub saxlanılması üçün təbii ki, ölkənin rəhbərliyində uzaqgörən, təcrübəli, iradəli və zamanın çağırışlarına uyğun düzgün qərararlar qəbul edə bilən Liderin olması ölkənin gələcək taleyini həll edir.

Azərbaycan dünya xəritəsində yerləşdiyi ərazisinə görə böyük ölkə olmasa da dünya siyasəti və nizamının tarazlanmasına verdiyi töhfələri ilə çox böyük və nüfuzlu ölkə imicini formalaşdırıb. Qoşulmama Hərəkatının sədri kimi COVİD-19 pandemiyası ilə bağlı qəbul edilən beynəlxalq qərarların lokomotivi olmaqla yanaşı həm də bu təşkilatın institutlaşmasına töhfə verən ilk ölkə imicini qazanmışdır. Beləki, ölkəmizin sədrilik etdiyi dövürdə Qoşulmama Hərəkatı təşkilatı daha aktiv bir beynəlxalq quruma çevrilmiş, parlament və gənclər şəbəkəsi məhz ölkəmizin təşəbbüsü ilə formalaşıb.

Azərbaycan həm də Avropanın enerji təhlükəsiliyində həll edici rol oynamağa başlayıb. Prezident İlham Əliyevin uzaqgörənliyi ilə ərsəyə gəlmiş Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı ölkələri üçün bu çətin dövrüdə əvəzolunmaz yeganə alternetivə çevrilmişdir. Azərbaycanın üzərindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Ticarət Limanı və BTQ dəmir yolu ölkə başçımızın zamanı qabaqlaya bilən uzaqgörən siyasətin məhsullarıdır. Bu gün Asiya ilə Avropanı birləşdirən yeni beynəlxalq marşurut məhz Azərbaycanın üzərindən keçir və beynəlxalq daşımalar Cənubi Qafqaz regionuna istiqamətlənib", - deyə A.Badamov vurğulayıb.

O qeyd edib ki, Azərbvaycan dünyada çox az ölkələrdəndir ki, ərazisinin 20%-i 30 il işğala məruz qalıb. "Həm də işğal altına düşmüş ərazilər düşünülmüş şəkildə dağıdılaraq yerlə yeksan olunub. Azərbaycan çox az ölkələrdəndir ki, torpaqları işğaldan azad edilməsi üçün 30 il beynəlxalq təşəbbüsləri gözlədi və beynəlxalq təşəbbüslər münaqişəni əbədi dondurulmasına apardığı halda öz hərbi gücü ilə 44 gündə işğala son qoydurmuş və apadığı müharibə taktikası dünya üçün nümunəyə çevrilib. Müharibədən çıxmış ölkələrə iqtisadiyyatlarını bərpa etmək və özünə gəlməsi üçün əsasən müəyyən zamana ehtiyac yaranır. Amma Prezident İlham Əliyevin hər bir məsələni zərgər dəqiqliyi ilə ölçməsi müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərini sürətlə aparılmasına imkan verdi.

Müharibəni sonlandırdğımız iki ilə yaxın bir müddətdə işğaldan azad edilmiş ərazilərimiz tikinti meydançasına çevrilib. Bu ərazilərdə meqalayihələr icra olunmuş, Ağalıya ilk qayıdışımış təmin edilmişdir. Təbii ki, bütün bu işləri Azərbaycan dövləti kənardan heç bir dəstək olmadan ancaq öz iqtisadi gücü hesabına həyata keçirir.

Azərbaycanda Pandemiyaya qarşı mübarizə də effektiv təşkil olundu. Qısa bir zaman kəsiyində modul xəstəxanaları inşa olundu, tibbi maska və qoruyucu vasitələri istehsal edən fabriklərin açılışı təmin edildi və xəstəxanaları koronavirusla mübarizəyə pofilləşdirildi. Məhz dövlətimizin vaxtında atdığı addımları sayəsində ölkəmiz bu gözə görünməz bəladan ən az zərər çəkmiş ölkələrin sırasında yer aldı.

Həm də dövlətimiz insanların sosial vəziyyətinin pisləşməməsi və iş yerlərini qoruyub saxlanması üçün böyük maliyyə tutumlu sosial proqramlar icra etdi. Təbii ki, qlobal miqyasda baş vermiş gərginliklər dünya iqtisadiyyatlarını tənəzzülə doğru aprmış və bu gün də qlobal iqtisadi ressesiya davam etməkdədir. Qeyd etdiyim kimi dövlət başçısının qəbul etdiyi qərarlar və uzaq görən siyasəti ölkəmizin daha az təsirlə çıxmasına və qısa bir zamanda iqtisadiyyatı bərpa edilməsinə imkan verdi.

Beləki, 2022-ci ilin birinci yarımilliyində iqtisadiyyatımızın 6,2%, qeyri neft iqtisadiyyatın 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq.

Dövlət başçısının tapşırığı ilə hökumət həm də antiinfilyasiya tədbirlərini gücləndirmiş, dünyada günü-gündən dərinləşən ərzaq böhranına qarşı mübarizə aparılması və ölkəmizin iqtisadiyyatına təsirlərini minimumlaşdırılması üçün tədbirlər görürür. Hesab edirəm ki, görüləcək tədbirlər sayəsində ölkəmiz ərzaqlıq buğdanın təminatını qısa zaman kəsiyində idxaldan asıllığını minimuma endirə biləcəkdir. Həm də qlobal infilyasiyanın ölkə iqtisadiyyatına təsirlərini minimumlaşdırılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişaf templerini qoruyuib saxalayacaq və ölkəmizi qlobal təhlükələrdən qorunaraq vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşmasına doğru davamlı addımlar atılacaqdır", - deyə deputat əlavə edib.