Qüdrət Həsənquliyev AECR-in toplantısında çıxış edib Siyasət

Qüdrət Həsənquliyev AECR-in toplantısında çıxış edib

Oktyabrın 10-da Norveçdə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (Alliance of European Conservatives and Reformists - AECR) NATO Parlament Assambleyasındakı (PA) qrupunun toplantısı olub.
Bu barədə APA-ya Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev məlumat verib.
Qüdrət Həsənquliyev bildirib ki, rəhbəri olduğu BAXCP qurumun üzvlüyünə namizəd olduğu üçün o da toplantıda iştirak və çıxış edib.
Millət vəkili qeyd edib ki, toplantıda Suriyadakı hazırkı durum və müzakirələrin yekunu olaraq qətnamə qəbul olunub. Qətnamədə Avropaya yönəlmiş qaçqınların durumu, xüsusilə Suriyadan gələnlərlə bağlı da çağırışlar yer alıb.
Xatırladaq ki, bu ilin may ayında Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Londonda keçirilmiş illik konqresində partiyanın bu qurumun üzvlüyünə namizədliyi qəbul olundu. Bu il noyabrın 14-də isə Tunisdə keçiriləcək toplantıda partiyanın quruma üzv olması məsələsinə baxılacaq.