“Azərbaycan bir dövlət kimi mövcudluğunu itirmək təhlükəsi qarşısında idi” Siyasət

“Azərbaycan bir dövlət kimi mövcudluğunu itirmək təhlükəsi qarşısında idi”

Adil Əliyev: “Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın üzləşdiyi çağırışlara xalqın tarixi cavabı idi”

“Müstəqilliyin ilk illərindən Azərbaycan ciddi çağırışlarla üz-üzə qaldı. Bu bir tərəfdən təcavüzkar Ermənistanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində separatizmi alovlandırması, digər tərəfdən isə SSRİ-nin çöküşündən sonra müstəqil Azərbaycanda dövlətçiliyin formalaşmaması və ümumiiyyətlə, işlək dövlət institutlarının olmaması ilə bağlı idi. Eyni zamanda, bu fonda hökm sürən siyasi hərc-mərclik, iqtisadi tənəzzül və hakimiyyətə rəhbərlik edənlərin səriştəsizliyi vəziyyəti daha da çıxılmaz etdi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyevdeyib. A.Əliyev bildirib ki, Azərbaycan bir dövlət kimi mövcudluğunu itirmək təhlükəsi qarşısında idi: “Bu həyati əhəmiyyətli, müstəqil dövlətçiliyimiz üçün ölüm-dirim məsələsi olan çağırışlara Azərbaycan xalqının cavabı Heydər Əliyev oldu. Xalq təkidlə Heydər Əliyevi paytaxt Bakıya, Azərbaycanı xilas etməyə dəvət edirdi. “Ömrümün bundan sonra qalan hissəsini də xalqıma bağışlayıram” deyən Heydər Əliyev xalqın səsinə səs verdi, Bakıya qayıtdı və 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Daha sonra 3 oktyabr 1993-cü ildə demokratik seçkilərdə xalqın mütləq əksəriyyəti ona səs verərək Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev Prezident kimi Azərbaycan dövlətçiliyinin qurtuluşuna və xalqımızın əmin-aman və firavan həyatına aparan yolda öndərlik etməyə başladı”.

Əli