Beynəlxalq müşahidəçilər razı qaldılar Siyasət

Beynəlxalq müşahidəçilər razı qaldılar

Seçkilər demokratik şəraitdə keçirilib

Azərbaycanda keçirilən parlament seçkilərini izləyən beynəlxalq müşahidə missiyaları dünən mətbuat konfransı keçirərək öz rəylərini açıqlayıblar.
Türkdilli ölkәlәrin Әmәkdaşlıq Şurasının seçki missiyası bəyan edib ki, seçki öncәsi kampaniya zamanı vә seçki günü heç bir hüquq pozuntusu müşahidә etmәyib.
Qeyd olunub ki, ümumilikdә missiya Bakıda 18, Gәncәdә 25 olmaqla 43 mәntәqәyә baş çәkib: "Mәntәqәlәri ziyarәt edәb zaman inzibati vә hüquq mühafizә orqanları tәrәfindәn müdaxilә hallarına rast gәlinmәyib. Seçkilәri әdalәtli vә qәrәzsiz müşahidә etmәk üçün yerli vә xarici müşahidәçilәrә lazım olan hüquqi vә tәşkilati şәrait yaradılıb. Azәrbaycanın milli qanunvericiliyinә uyğun olaraq insanların azad iradәsi tәmin olunub. Bәzi mәntәqәlәrdә veb kameralar quraşdırılıb. Әlil insanlar üçün lazımi şәrait yaradılıb. Nәticә olaraq müşahidә missiyası tәsdiq edir ki, seçkilәr azad, şәffaf vә rәqabәtli aparılıb, Azәrbaycanın milli qanunverciliyinә vә ümumi qәbul olunmuş beynәlxalq seçki standartlarına uyğundur".



TÜRK PA: "Beynəlxalq standartlara cavab verir"

"Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkiləri milli qanunvericiliyə və beynəlxalq standartlara tam cavab verir".
Bu barədə TÜRK PA-nın Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanatında bildirilir. Qurumun seçkini müşahidə edən missiyasının rəhbəri Serijkan Kanayevin sözlərinə görə, seçkilərin müşahidəsi üçün lazım olan maddi-texniki və hüququ baza yaradılıb: "Seçicilər səsvermə prosesinə təmkinli və müsbət yanaşırdılar. Missiya tərəfindən hər hansı qanun pozuntusu qeydə alınmayıb".
Paytaxtın Nəsimi, Binəqədi, Yasamal, Səbail rayonun da seçkiləri müşahidə etdiklərini deyən missiya rəhbəri texniki və prosedur qaydalarının, təlimatların hazırlanmasının müsbət hal olduğunu da vurğulayıb.
TÜRK PA-nın baş katibi Jandos Asanov müşahidə missiyasına yaradılan şəraitə görə təşəkkür edib


Mərmərə Vəqfi: "Böyük uğurdur"


Noyabrın 1-də Azərbaycanda parlament seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edən Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver bildirib ki, seçkini üç qrupa ayrılmaqla izləyiblər. "Bir qrup Xətai, Xəzər, Nizami və Yasamal rayonlarında, bir qrup Sumqayıtda, digər bir qrup isə Bakının müxtəlif məntəqələrində seçki prosesini izlədik. Səsvermə yüksək səviyyədə keçirildi".
Mərmərə Qrupu İdarə Heyətinin üzvü Şamil Ayrım ATƏT DTİHB-nun Azərbaycana müşahidəçi göndərməməsini qınayıb: "Artıq 4-cü dəfədir ki, Azərbaycanda seçkiyə müşahidəçi qismində qatılıram. Azərbaycan bu seçkini də uğurla keçirdi. Azərbaycan həqiqətən regionda uğurla yol qət edir. İnanıram ki, Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək".
Mərmərə Qrupu İdarə Heyətinin üzvü Fatih Saraçoğlu qeyd edib ki, seçki mükəmməl təşkilatçılıqla keçirilib: "Müşahidəçi olduğumuz heç bir məntəqədə hər hansı gərginliyin şahidi olmadıq, problemlə üzləşmədik. Yüksək təşkilatçılığa görə Mərkəzi Seçki Komissiyasına və Azərbaycan xalqına təşəkkür edirəm. Təəssüf ki, dünən Türkiyədə seçki zamanı bəzi xoşagəlməz hadisələr yaşandı. Şükürlər olsun ki, Azərbaycanda belə hadisələr baş vermədi. Biz sizdən nümunə götürürük. Məsələn, bizdə yaşlı seçicilərin evdə səsvermə ənənəsi yoxdur. Baxın dünən Türkiyədə yaşlı xəstəni təcili yardım maşınında səsverməyə aparırdılar. Sizi təbrik edirəm. Seçkilər Azərbaycan üçün xeyirli olsun".
Akkan Suver isə öz növbəsində bildirib ki, parlament seçkiləri zamanı nizam-intizam yüksək səviyyədə olub: "Bu seçki 24 ildir ki, müstəqil olan Azərbaycan üçün böyük uğurdur. Seçkidə tətbiq olunan veb-kamera sistemi şəffaflığın yeni modelidir. Bu sistem heç Türkiyədə yoxdur".
Akkan Suver qeyd edib ki, Azərbaycanda keçirilən parlament seçkisi Bolqarıstan və Yunanıstan keçirilən seçkilərin səviyyəsində baş tutub: "Dünən Türkiyədə də seçki baş tutdu. Biz iki gözəl bayramı qeyd edirik".


QDİƏT: "Təşkilatçılıq çox yaxşı idi"

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) təmsilçisi,Yunanıstan parlamentinin üzvü Symeon Kedikoglou isə seçkilər ərəfəsində siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirdiklərini söyləyib: "Apardığımız müşahidələr onu göstərir ki, seçki hər hansı pozuntu olmadan keçirilib. Bütün hallarda seçkilərin maraqlı keçdiyini və seçici fəallığını müşahidə etdik. Hesab edirik ki, seçkilərdə hər hansı ekstremal şərait yaranmayıb".
Bolqarıstan parlamentinin üzvü Peter Kanev seçkilərin yüksək səviyyədə keçirildiyini vurğulayıb. O, Azərbaycanın sabit və inkişaf edən ölkə olduğunu deyib: "Azərbaycana 10 ildir ki, gəlirəm və bu ölkədə baş verən dəyişikliklərin şahidi oluram. Düşünürəm ki, seçkilər Avropa standartlarına uyğun keçirilib".
Serbiya parlamentinin vitse-spikeri İqor Becic isə çoxlu sayda seçki məntəqəsində olduğunu və hər hansı seçki pozuntusu ilə qarşılaşmadığını qeyd edib: "Bu baxımdan deyə bilərəm ki, təşkilatçılıq çox yaxşı idi. Azərbaycanda demokratik proseslər baş verir. Mən demokratik seçkilərlə əlaqədar Azərbaycan xalqını təbrik edirəm".

Leonid Slutski: "…Alqışlayırıq"

"Azərbaycanda keçirilmiş parlament seçkilərində bütün seçki praktikası prinsiplәrinә әmәl olunub. Biz insanlarla, müşahidәçilәrlә danışdıq. Kim ki neqativlәri toplamaq istәyirdi, fiaskoya uğradı".
Bu sözləri MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri Leonid Slutski deyib. O, seçkiləri mükәmmәl adlandırıb: "ATӘT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azәrbaycanda keçirilәn seçkilәri izlәmәkdәn imtina etdi. Mәnim fikrimcә, buna sәbәb odur ki, bu tәşkilatın neqativlәri toplaması mümkün olmayacaqdı. Buna görә dә onlar etirazlarını bu şәkildә ifadә etdilәr. Bu, elә özünü ifşa etmәkdir. Biz bütün sәviyyәlәrdә seçki komissyalarının sәylәrini dәstәklәyirik. Azәbaycan xalqının azad, demokratik seçki iradәsini alqışlayırıq. Әvvәlki seçkilәrlә müqayisәdә daha yüksәk aktivlik müşahidә olundu".




MDB müşahidə missiyası: "…Ən yaxşılardandır"

"Azәrbaycanda mindәn çox mәntәqәyә baş çәkdik. Seçicilәrin və tәşkilatçıların savadlılığını gördük. Bu, MDB mәkanında әn yaxşılardandır".
Bu sözləri MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev k deyib. O, hər hansı ciddi qanun pozuntusu müşahidə etmədiklərini söyləyibdi: "Yalnız kiçik pozuntular var idi. Mәsәlәn, ilkin qeydiyyata düşmәdәn bülleten almaq cәhdlәri olurdu. Lakin mәntәqә rәsmilәri bu kimi halların qaşısını dәrhal alırdı. Seçkilәr açıq vә şәffaf keçirilib. Bunun sәbәblәrindәn biri hәlә indiyә kimi bu qәdәr çox müşahidәçinin olmamasıdır. Veb-kameraların sayında artım olub. Qәrb ölkәlәrindә seçki prosesinin canlı izlәnmәsi yoxdur. Belә dәqiq tәşkilatçılıq insanların azad iradәsini ifadә etmәsinı imkan verib. Seçici aktivliyi yüksәk olub. Azәrbaycan xalqı sülh vә sakitlik istəyir".


Avropa Milli Parlamenti: "Beynəlxalq standartlara uyğun keçirilib"

Avropa Milli Parlamentinin üzvlərindən ibarət seçki monitorinq qrupu da Azərbaycanda keçirilən parlament seçkilərinin yekunlarına dair bəyanatı təqdim edib.
Qrupun rəhbəri, Avstriya parlamentinin vitse-prezidenti Volf Qanq Gros Kuk 5 il əvvəl də Azərbaycanda keçirilən parlament seçkilərini izlədiyini bildirib.
O, Azərbaycanda stabilliyin olduğunu, bunun getdikcə inkişaf etdiyi vurğulayıb: "Avropa müşahidəçiləri seçkiyə bir neçə gün qalmış gəldiyinə görə təbliğat-təşviqat prosesi barədə ətraflı rəy verə bilməz. Səsverməyə gəldikdə isə proses çox gizli keçirildi. Əlillər üçün xüsusi qutular da nəzərdə tutulmuşdu. 500-dən artıq veb-kameranın quraşdırıldığını müşahidə etdik. Ümumilikdə səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirildi. Bəzi məntəqələrdə cüzi texniki problemlər qeydə alındı. Məsələn, ucqar bölgələrdə seçki məntəqələri üçün ayılmış yerlər kifayət qədər rahat deyildi. Bəzi məntəqələrdə müşahidəçilər bir qədər uzaqda yerləşdirilmişdilər. Bəzi məntəqələrdə isə seçkilər bir neçə mərtəbədə təşkil olunmuşdu. Səslərin sayılması kifayət qədər şəffaf keçirildi və hər hansı problem yaşanmadı".
Nümayəndə heyətinin rəhbəri ATƏT-in Azərbaycana müşahidəçi missiyasını göndərməməsinə də münasibət bildirib. O qeyd edib ki, onlarATƏT-ə Azərbaycana müşahidəçilər göndərməyi təklif ediblər. Lakin qurum müxtəlif səbəblər gətirərək, xüsusilə Türkiyədə keçirilən seçkilər əsas göstərərək Azərbaycana heyət göndərməyib.

Rumıniyalı müşahidəçilər: "Təbriklərimizi çatdırırıq"


Azərbaycanda parlament seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edən rumıniyalı deputatlar da seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər.
Deputat Adrian Miroslav Merka bildirib ki, onlar müşahidəçi qismində seçkini Bakı və Bakıətrafı qəsəbələrdə izləyiblər.
Onun sözlərinə görə, hər bir məntəqədə təşkilatçılıq yüksək səviyyədə olub: "Deputatlığa namizədlərin nümayəndələri seçki qanunvericiliyinə uyğun hərəkət ediblər. Bizim kartlarımız yoxlanılıb, qeydiyyata alınıb. Məntəqələrin üzvləri işlərini yüksək səviyyədə həyata keçiriblər. Seçkini əvvəldən sona qədər müşahidə apardıq. Olduğumuz bütün seçki məntəqələrində seçki proseduru tam normal qaydada həyata keçirilib. Əlil və yaşlı insanlar üçün daşınan qutular təşkil olunmuşdu".
Adrian Merka əlavə edib ki, deputatlığa namizədlərin nümayəndələri və komissiya üzvləri ilə ayrı-ayrılıqda söhbət aparıblar: "İstər iqtidar, istər müxalifət, istərsə də bitərəf namizədlərin nümayəndələri məntəqələrdə idilər. Onların nümayəndələri də qeyd edib ki, hər hansı insident yaşanmayıb, seçki normal şəraitdə baş tutub. Seçicilər də səs verdikləri namizədləri tanıyırdı. Seçici fəallığı var idi. Gözdən əlil seçicilər belə səsvermədən kənarda qalmadılar. Bütün bunlar bizə onu deməyə əsas verir ki, seçkilər azad, şəffaf və demokratik olub. Azərbaycan tərəfinə öz təbriklərimizi çatdırırıq".
Rumıniya parlamentinin digər üzvləri Lillana Cobanu və Razvan Rotaru da seçkilərin azad və demokratik şəraitdə baş tutduğunu qeyd ediblər.

Lordlar Palatası:: "Nizamlı həyata keçirildi"

Böyük Britaniya Lordlar Palatasının üzvləri Azərbaycandakı parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçiriblər.
Lord Baronessa Detta çıxışında 5 il bundan əvvəl də Azərbaycana gəldiyini və hər səfərində ölkədə böyük dəyişikliklər müşahidə etdiyini deyib. O, 6 seçki dairəsində müşahidə apardıqlarını və seçkilərin demokratik keçirildiyini vurğulayıb: "Mən hər hansı insidentin şahidi olmadım. Baş çəkdiyimiz seçki məntəqələrində seçici fəallığını da qeyd etməliyəm. Seçici barmaqlarının mürəkkəbə batırılmasının müsbət bir təcrübə olduğunu deyə bilərəm. Hər şey qayda-qanun çərçivəsində keçirilirdi və təhlükəsizlik tədbirləri də yüksək səviyyədə təşkil olunmuşdu. Seçki prosesi çox nizamlı şəkildə həyata keçirildi".
Lord Deyvid Evans isə qeyd edib ki, Azərbaycanda həm də qonaqpərvərliyin şahidi olublar. Onun sözlərinə görə, parlament seçkiləri şəffaf və azad keçirilib: "Bizim müşahidə etdiyimiz dairələrdən ikisi bölgələrdə idi və paytaxtdan kənar vəziyyəti də müşahidə etmək olduqca maraqlı idi".


Avropa Parlamentinin üzvü: "Demokratik şəraitdə keçirilib"


"Seçkilərin gedişatı çox şəffaf oldu. Seçki prosesi demokratik şəraitdə keçirilib. Heç bir qanun pozuntusu müşahidə etmədik".
Bunu Avropa Parlamentinin Avstriyadan olan üzvü Franz Obermayer deyib.
Azərbaycanda seçki prosesini ilk dəfə izləmək imkanı olduğunu deyən Obermayer seçki prosesi boyunca məntəqə seçki komissiyalarının sədrləri, siyasi partiyaların rəhbərləri, müşahidəçilərlə görüşmək imkanlarının olduğunu qeyd edib.
Frans Obeymayer həmçinin vurğulayıb ki, seçki prosesində şəffaf mürəkkəbdən istifadə olunması indiyədək müşahidə etdiyi əsas yenilik olub.


Bolqarıstanlı müşahidəçilər: "Sakit keçdi"

Bolqarıstan parlamentinin üzvləri seçkinin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər. Bolqarıstanlı parlamentari Daniela Daritkova Prodanova bildirib ki, onlar 5 nəfərdən ibarət nümayəndə heyəti ilə seçki prosesini izləyiblər: "Biz dünən bir neçə seçki məntəqəsində olduq. Seçki prosesi tam sakit şəkildə keçdi. Seçici fəallığı yüksək idi. Müxtəlif partiyaların namizədlərinin nümayəndələri seçki məntəqələrində idilər. Onlar üçün hər cür şərait yaradılmışdı".
Bolqarıstanlı deputat Həmid Həmid çıxışı zamanı deyib ki, parlament seçkiləri azad və demokratik şəkildə baş tutub: "Bu cür yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan xalqını təbrik edirəm".
Digər parlamnetari Kanço Filipov qeyd edib ki, Məntəqə Seçki Komissiyalarının üzvləri seçki prosesində peşəkar şəkildə fəaliyyət göstəriblər: "Seçki prosesi sakit keçdi. Hamı öz işini çox yaxşı gördü".

İsrail təmsilçiləri: "Yüksək seçki mədəniyyətinin şahidi olduq"

İsrail parlamentinin deputatı, sabiq xarici işlər naziri, nümayəndə heyətinin başçısı Aviqdor Liberman bildirib ki, seçkilər açıq və şəffaf, beynəlxalq standartlara uyğun keçirilib: "İsrail parlamenti Azərbaycandakı seçkiləri 4 müşahidəçi ilə izləyib. Hesab edirəm ki, Azərbaycan dünyada mövcud olan ən yüksək standartlara uyğun seçki keçirib. Bu baxımdan mən Azərbaycan xalqını təbrik edirəm".
Qonaq qeyd edib ki, müşahidə etdikləri seçki məntəqələrində həm də yüksək seçki mədəniyyətinin şahidi olublar.
Liberman hazırda Azərbaycan-İsrail münasibətlərinin inkişaf etdiyini söyləyib. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməkdən imtina etməsinə də münasibət bildirərək, bunun ikili standartlardan irəli gəldiyini vurğulayıb: "Beynəlxalq təşkilatlar təkcə Azərbaycana qarşı yox, digər dövlətlərə də münasibətdə ikili standartlardan çıxış edirlər".

Almaniyalı müşahidəçilər: "Növbəti demokratik səviyyəyə addım atılıb"

Azərbaycanda keçirilən parlament seçkilərini izləmək üçün ölkəyə gələn Almaniya müşahidə qrupu seçkinin nəticələrinə dair hesabatını açıqlayıb.
Qrupun rəhbəri Edvard Lintner bildirib ki, onlar MSK-nın dəvəti ilə Azərbaycana gəliblər və müşahidə qrupuna 11 üzv daxil olub: "Biz seçki prosesini izləmək üçün seçki məntəqələrini sərbəst şəkildə seçdik. Hesab edirik ki, Azərbaycanda ədalətli və bərabər şərtlər altında seçki prosesi təmin edilib. Seçkilər demokratik keçirilib və heç bir qayda pozuntusu qeyd alınmayıb. Hər hansı zorakılıq, səsverməyə müdaxilə faktı da müşahidə edilməyib. Almaniyalı müşahidəçilər hesab edir ki, 1 noyabr seçkiləri demokratik tələblərə uyğun keçirilib və Azərbaycan bu seçkilərlə növbəti demokratik səviyyəyə addım atıb".

"Avropada әn dәqiq seçici siyahıları"

"Azәrbaycana sәfәrimiz tәәsüf ki, Rusiya xalqının başına gәlәn faciә ilә müşahidә edilib. Həlak olanlardan 2-si Rusiyada seçki komissiya sәdrliyinә namizәdlәr olublar".
Bunu Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sәdri Vladimir Çurov deyib.
O bildirib ki, Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı Şamaxı, İsmayıllı vә Abşeronda olub, müşahidələr aparıblar: "Bütün mәntәqәlәr vaxtında açılıb. Bizim azәrbaycanlı kolleqalarımız sәsvermә prosesinin düzgün aparılması üçün bütün sәylәrini ortaya qoyub. Komissyalar tam heyәtdә iştirak edib. Hәr mәntәqәdә müşahidәçilər olub. Bizim müşahidә etdiyimiz seçici aktivliyi MSK-nın açıqladığı göstәrici ilә eyni idi və bu, şәffaflıqdan xәbәr verir. Seçicilәrin siyahısında yüksәk dәqiqliyi müşahidә etdik. Bu, Avropada әn dәqiq seçici siyahısıdır. Müşahidә etdiyimiz heç bir mәntәqәdә әlavә tәrtib olunan siyahıya rast gәlmәdik".
Çurov bildirib ki, səsvermә prosesi qanun pozuntusu olmadan aparılıb: "Kifayәt qәdәr səsvermə kabinələri var idi. Bülletenlәrin sayı seçici siyahısı ilә eyni idi. Rusiyada bülletenlәr regionlarda bir neçә dildә çap olunur. Azәrbaycanlı kolleqalarımıza da rus dilindәn dә istifadә etmәlәrini xahiş edirik ki, bu rus dilli kütlәnin sәsvermә prosesini anlamasına imkan versin. Biz icra hakimiyyәti orqanlarının yüksәk nizamını müşahidә etdik. Onlar qәti şәkildә içәriyә girmirdilәr. Biz hazırlığı kifayәt qәdәr yüksәk hesab edirik".

İtaliyalı müşahidəçilər: "Azərbaycana böyük ehtiyacımız var"

"Seçkilər nizamlı şəkildə, yüksək səviyyədə təşkil olunmuşdu".
Bunu İtaliya Senatının üzvü, İtaliya parlamentinin seçkiləri müşahidə missiyasının rəhbəri Sergio Divina bildirib.
Onun sözlərinə görə, müşahidə zamani qanunların pozulması hallarına rast gəlməyiblər: "Seçkilər Avropa standartlarına uyğun təşkil olunub. İndiyədək ATƏT və Avropa Şurası çərçivəsində bir çox ölkədə seçkilərini müşahidə etmişik. Əminliklə deyə bilərəm ki, müstəqilliyini yeni əldə etmiş Azərbaycanda keçirilən demokratik seçkilər kimi başqa yerdə seçki keçirilməsini müşahidə etməmişəm".
O qeyd edib ki, Azərbaycan haqda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir.
"Düşünürəm ki, Azərbaycan kimi ölkəni təcrid etmək, ATƏT-in müşahidəçi göndərməməsi mənfi haldır. Mövcud beynəlxalq böhran vəziyyətində Azərbaycana böyük ehtiyacımız var. Həm dini, həm mədəni fundamentalizm bir sahələrdə problemlər yaradır. Azərbaycan modeli Avropa və beynəlxalq ictimaiyyətə nümunə olmalıdır. Bizim burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır" – deyə, missiya rəhbəri əlavə edib.
İtaliya müşahidə missiyasının üzvü Fiorella Provera isə özünü Azərbaycanın dostu hesab etdiyini bildirib: "Azərbaycan dünyada bir neçə dini birləşdirən modeldir. Müsəlman, xristian və yəhudilərin bir arada yaşadığını görürük. Azərbaycan demokratiya yolunda öz xəttini seçib. Dünyanın Azərbaycana ehtiyacı var. Azərbaycan geostrateji cəhətdən mühüm ölkədir, eyni zamanda enerji resurslarına malikdir. Beynəlxalq ictimaiyyət isə əsasən, Dağlı Qarabağ problemi ilə bağlı narahatlıq keçirməlidir".
İtaliya parlamentinin müşahidə missiyasının rəhbəri Sergio Divina bildirib ki, Azərbaycanda stabillik, təhlükəsizlik hökm sürdüyü halda, Avropa Parlamentinin mövqeyi başadüşülən deyil: "Avropanın anti-Azərbaycan ritorikası düzgün deyil, paxıllıq var və əksər avropalı deputatlar kimi, bizim üçün də anlaşlan deyil".
Sergio Divina Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd edib ki, ABŞ, Rusiya və dünyadakı ermənilərin burada maraqları var. O, Avropanın Yaxın Şərqdəki hadisələrə münasibəti fonunda münaqişəyə münasibətini də ədalətsiz adlandırıb. Avropalı deputat təəssüflə onu da qeyd edib ki, Avropada antisemitizm baş qaldırıb və bu da nasizmə qayıdış deməkdir.


"Seçkilər xalqın iradəsini ifadə edib"

"Azərbaycanda keçirilən parlament seçkiləri demokratik və ədalətli olub. Xalqın əksəriyyəti prezidentin siyasətini dəstəklədiyi üçün səslərin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasından olan namizədlərə verilib. Partiyanın populyarlığı onun liderinin populyarlığı ilə müəyyən edilir".
Bunu "Rossiya seqodnya" mətbuat mərkəzində keçirilən brifinqdə Rusiya İctimai Palatasının beynəlxalq əməkdaşlıq üzrə komissiyasının sədri Sergey Markov deyib.
Rusiyalı deputatların və ictimai xadimlərin daxil olduğu müşahidə missiyasına rəhbərlik edən Markov qeyd edib ki, Azərbaycandakı parlament seçkilərinin nəticələri gözlənilən olub. Onun sözlərinə görə, bu seçkilər xalqın iradəsini ifadə edib.
Hakim partiyasını təmsil edən namizədlərlə yanaşı müstəqil namizədlərin və müxalifət təmsilçilərinin mübarizə apardığını deyən rusiyalı politoloq qeyd edib ki, seçkilərdə hamı üçün bərabər şərait yaradılıb.
"Azərbaycan prezidenti İlham Əliyevin siyasəti ölkədə siyasi sabitliyə yönəlib. Ona görə də xalq hakim partiyanın nümayəndələrini seçib. Heydər Əliyev hakimiyyətə gələnədək Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Bu gün isə Azərbaycan çiçəklənən və stabil ölkədir. Belə populyarlığın fonunda Yeni Azərbaycan Partiyası parlamentdə bütün yerləri qazana bilərdi. Lakin sakitcə kənara çəkilib və müstəqil namizədlərə parlamentdə yer qazanmağa imkan yaradıb", - deyə o vurğulayıb.

Əli Zülfüqarlı
Cavid Şahverdiyev
Habil Hüseynov