Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi bölgədə sülh və sabitlik faktorudur Siyasət

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi bölgədə sülh və sabitlik faktorudur

“Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və rəsmən Türkiyə və Azərbaycan bütün sahələrdə müttəfiq oldu”.

Bunu bu gün Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib.
“Bu həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli faktordur. Bu sülh və sabitlik faktorudur. Ancaq eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu faktoru ciddi nəzərə almalıdır”, - dövlət başçısı vurğulayıb.