Sabiq səfirdən İrana xəbərdarlıq: “Atəşlə oynamayın, Atatürkün də sözlərini unutmayın...” Siyasət

Sabiq səfirdən İrana xəbərdarlıq: “Atəşlə oynamayın, Atatürkün də sözlərini unutmayın...”

Hulusi Kılıç: “İran ağlını başına yığmalıdır, yoxsa...”

Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç Moderator.az-a açıqlamasında İranın Azərbaycanda narahatlıq doğuran addımlarını şərh edib.

Sabiq səfir İrana türk xalqının səbrini sınağa çəkməməyi tövsiyyə edib:

“İran yetkililərinə 15 iyun Şuşa Bəyannaməsini oxumalarını tövsiyyə edirəm. Şuşa Bəyannaməsinə əsasən, Azərbaycana edilən hücum Türkiyəyə edimiş sayılır.

İranın Azərbaycana qarşı təhrikedici hərəkətləri türk xalqını son dərəcə rahatsız etməkdədir. İran Atatürkün sözünü də unutmasın. Atatük demişdi ki, Azərbaycanın sevinci sevinci, kədəri kədərimizdir. Azərbaycana qarşı atılan hər addımı Türkiyəyə qarşı atılan addım kimi dəyərləndiririk. Soçi görüşməsinin 24 saat keçmədən Paşinyanı qonaq edən İran, atəşlə oynadığının fərqində deyil. İran atəşlə oynayır. İran yetkililərinə ağıllarını başlarına yığmalarını tövsiyyə edirəm.

İranı qonşu ölkə olaraq bildik. Dünya İrana qarşı ikən Türkiyə bir qonşu kimi İranın yanında oldu. İran bunları unutmasın. Azərbaycan tək deyildir. Bunu cənab Prezidentimiz də söyləyib. Azərbaycanın yanında güclü bir qardaşı vardır. Səbrimizi sınağa çəkməsinlər. Bizim dostluğumuzu qazanmağa çalışsınlar. Dostluğumuz çox dəyərlidir. Düşmənliyimizi isə 44 günlük Vətən müharibəsində göstərdik.

İran bir an belə itirmədən ağlını başına yığmalıdır. Həm Azərbaycan, həm də Türkiyə İranın torpaq bütünlüyün tanımaqdadır. İrana qarşı həm Türkiyə, həm də Azərbaycanın heç bir iddiası yoxduir. İran 30 ildir ki, Ermənistanı yaşadıb. Lakin son vaxtlar İranın Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməsi, Qafanda Baş konsulluq açması, Paşinyanı Soçi görüşündən 24 saat sonra qonaq etməsi bizi narahat etməkdədir. İranı türl xalqının dostluğunu qazanmağa dəvət edirəm”.