![BAXCP sədri Tunisə yola düşüb](https://xalqcebhesi.az//photos/sedr(7).jpg)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP) Qüdrət Həsənquliyev Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of European Conservatives and Reformists - AECR) Şurasının iclasında iştirak etmək üçün Tunisə yola düşüb.
Şuranın iclasında BAXCP sədrinin AECR-in Reykyavik bəyannaməsini imzalayacağı və partiyanın Alyansa tamhüquqlu üzv qəbul ediləcəyi gözlənilir.
BAXCP sədrini səfərdə onun beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli müşaiyət edir.
Xatırladaq ki, AECR-in bu il mayın 22-də Londonda keçirilən illik toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub.