Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Əyyaş casus və “Talış-Muğan Respublikası“ müqəvvası

Əyyaş casus və “Talış-Muğan Respublikası“ müqəvvası Siyasət

Əyyaş casus və “Talış-Muğan Respublikası“ müqəvvası

"Hər kəs bacardığı işi bir kənara qoyub, əsla anlayışı olmayan işin qulpundan yapışanda fəlakət olur. Əziz cənab, əsl faciə şüurlardakı bu qüsurdur, natamamlıq kompleksi, daim başqasına bədxahlıq etmək istəyidir"

("İt ürəyi", Mixail Bulqakov)


Dilimizdə "qurd ürəyi yemək" ifadəsi var. Cəsur, riskdən çəkinməyən, rəşadətli insanlar barədə deyilir bu sözlər.
Amma qurddan fərqli olaraq, it ürəyinin necə olduğunu bioloqlardan savayı az adam bilir. "İt ürəyi yeyən" ifadəsi isə ümumiyyətlə yoxdur - fəqət dahi rus yazıçı Mixail Bulqakov insana döndərilən itin faciəsindən, ən başlıcası isə başqalarına faciələr yaşatmaq istəyindən bəhs edən şedevr yaratmışdı.
Riskdən çəkinən, amma başqaları üçün daim problemlər yaratmaq istəyən insan tipi var. Ölkəmizdəki talışlar barədə danışan, onların hüquqlarının guya "pozulması"ndan bəhs edən və əslində Azərbaycanın parçalanmasını, dağılmasını istəyərək marığa yatanların ürəyinin hansı ahənglə vurduğunu təxminləmək çətin deyil. Belələri Rusiyada yaşayan separatçılar və bu separatçılara hamilik etmək istəyənlərdir.
Talış etnik separatçılığına böyük dəstək verən informasiya resurslarından olan pravda.ru saytında "Баку недооценил талышский фактор", "Талыши в Азербайджане подняли головы"; "tiras.ru" saytında isə "Азербайджан разрушается - волнения талышей набирают силу" adlı məqalələrdə, eləcə də, Abxaziyadakı "ANNA-news" kanalının "Без цензуры: Талыши друзья России на Кавказе" verilişində Azərbaycanda yaşayan milli azlıqlar arasında ictimai-siyasi proseslərin gərginləşməsinə, eyni zamanda talışların və ləzgilərin Azərbaycan torpaqlarında öz dövlətlərini yaratmasına yönəlmiş fikirlərin təbliğatı aparılır.
Həmin məqalələrdə ölkəmizin cənub bölgəsində, əsasən Astara və Lənkəran rayonlarında baş verən aksiyalara daha geniş yer verilib. Belə ki, məqalədə guya, aksiyaların "Talış Muğan Respublikası"nın yaranması üçün yeni bir təkan olduğu və hazırda cənub regionunda yerli idarəetmənin separatçıların əlinə keçdiyi vurğulanıb. Eyni zamanda Azərbaycan dövlətinin SSRİ-nin dağılmasından sonra yaranmış mini-imperiya olduğu və bu ölkədə yaşayan azsaylı xalqların əsarət altında yaşadıqları qeyd olunub.
Əksər, Rusiya mətbuatının hakimiyyətin nəzarətində olmasını nəzərə alaraq, göstərilən saytlarda AR-də yaşayan milli azlıqlar arasında separatçılıq ideyalarına dəstək verən məqalələrin yerləşdirilməsi, məhz rəsmi Moskvanın qeyd olunan təbliğata dəstək verdiyi ehtimal olunur.
"Талыши в Азербайджане подняли головы" ("Talışlar Azərbaycanda baş qaldırıblar") məqaləsinin müəllifi, pravda.ru saytının "analitiki" Lyubov Lyulko adlı xanımdır. Moskva Dövlət Universitetinin coğrafiya fakültəsininin iqtisadi coğrafiya kafedrasını bitirmiş bu xanım Latın Amerikası və Afrika üzrə mütəxəssisdir. O, pravda.ru saytının portuqal dilindəki versiyasının redaktorudur.
Talış dilini yox, portuqal dilini bilən, Azərbaycan yox, Latın Amerikası və Afrika üzrə "mütəxəssis" sayılan L.Lyulkonun ölkəmizlə, ələlxüsus da talışlarla bağlı yazıları diletantlığın ən aşağı səviyyəsində olmaqla yanaşı, mövzudan bixəbərliyə çulğalaşmış qərəzi göstərir.
Adının mənası rus dilində "Məhəbbət" olan Lyubov Lyulko barədə apardığımız araşdırma zamanı bəlli oldu ki, bu qadın Moskva Dövlət Universitetində təhsilini başa vurandan bir müddət sonra sabiq SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) casus kimi cəlb olunub, orada çalışmağa başlayıb.
Lakin cəmi bir neçə ay sonra L.Lyulko həmin qurumdan qovulub. Səbəb Lyubov Lyulkonun spirtli içkilərə olan "məhəbbət"i, içib sərxoş olandan sonra başını itirməsi idi.
Pravda qəzetində çalışanların dediklərinə görə, L.Lyulko indi də spirtli içkilərin müxtəlif növləri üzrə az qala "ekspert" kimi tanınır.
L.Lyulkonun indi də Rusiyanın xüsusi xidmət orqanları ilə "əməkdaşlıq" etdiyi, daha doğrusu, "spesifik tapşırıq"ları yerinə yetirdiyi deyilir. Onun Azərbaycanla bağlı yazılarının məzmunu sərxoşluğa meylli Lyubovun kimlərdən hansı tapşırıqlar aldığıın asanlıqla müəyyənləşdirməyə imkan verir.
Azərbaycanın Moskvadakı bəlli dairələrin təsiri altına düşmək istəməməsi, Bakının xarici siyasətdə müstəqil kursuna davam etməsi ölkəmizə qənim kəsilənləri daha da çılğınlaşdırıb. Lakin həmin qüvvələr əvvəlki illərin acı təcrübəsindən nəticə çıxarıblar, Bakıya aşkar təzyiqlərin və pressinqin nəticəsiz qalacağını, təzyiq göstərmək istəyənlər üçün baha başa gələcəyini anladıqlarından bu dəfə "fəndgir" davranırlar.
Onlar nəzarət etdikləri internet resursları vasitəsilə Bakıya dolayısı ilə təsir etməyə, informasiya müstəvisində yalanlar yayaraq etnik zəmində qarşıdurmalar yaratmaq və belə diversiyalar vasitəsilə Azərbaycanı zəiflətmək istəyirlər. Vasitələrdən biri qismində isə tarixin zibilliyinə atılmış siyasi marazmı, "Talış-Muğan Respublikası" adlı separatizm layihəsini xatırlayıblar.
Moldovanın tərkibində olan Dnestyryaı bölgəni nəzarətdə saxlayan separatçı rejimin təbliğat mexanizmlərindən biri, Tiraspol şəhərindəki "Tiras" informasiya agentliyi aldığı tapşırığı yerinə yetirərək "Bakını vurmaq" üçün az qala dəridən-qabıqdan çıxıb. "Ağa buyruğu"na əməl edənlər elə vəcdə gəliblər ki, "Azərbaycanın cənub bölgələrində artıq dövlət çevrilişi baş verib" təki sərsəm ifadələrin yer aldığı "analitik yazı" dərc ediblər və özlərini sevindiriblər ki, sən demə, həmin bölgə "artıq bütünlüklə talış fəalların nəzarətindədir" (!)
Dnestryanı bölgədəki separatçıların başabəla "beyin mərkəzi" yazır: "Orada hakimiyyət artıq talışlardadır. Bakı formal olaraq bölgə üzərində nəzarəti saxlasa da, hadisələr Azərbaycanın hakimiyyət dairələrinin idarəsinə zidd inkişaf edir. Etnik və sosial zəmində narazılıqlar az sonra talışların yaşadıqları başqa bölgələrə də sirayət edəcək, onda Talış-Muğan Respublikası təcrübəsi təkrarlanacaq".
Az sonra isə portuqal dilinin xiridarı olan Lyubov Lyulko çalışdığı pravda.ru-da paranoidal xülyalarının məcmusu olan "Talışlar Azərbaycanda baş qaldırıblar" yazısını dərc etdirib.
Müəllif yazır: "Azərbaycanın cənubunda baş verənlər müxtariyyət tələbləri ilə sonuclanacaq, yoxsa müstəqil Talışıstanın yaradılması istiqamətində konkret addımlar atılacaq?!"
Təbii, Moskvanın Azərbaycandakı "milli azlıqların dözülməz vəziyyəti" ilə bağlı yalanları ilk deyil və ölkəmizdəki vəziyyəti gərginləşdirmək, etnik zəmində toqquşmalar, qarşıdurmalar yaratmaq üçün cəhdlər illərdən bəri davam edir.
Azərbaycanda talışlarla bahəm, başqa millətlərdən olan kimsə milli mənsubiyyətinə görə hər hansı haqqının tapdanmasına məruz qalmasa da, Rusiyadakı separatçıların hamiləri bunu görmək istəmir, sevimli iddialarını mantra təki təkrarlayırlar.
Əslində, Rusiyada yaşayıb Azərbaycanı hədəfə alan separatçıları dəstəkləyənlər, onları ruhlandırmağa çalışanlar əla bilirlər ki, heç bir sosial, iqtisadi problem və ya müvəqqəti çətinlik çoxmillətli ölkəmizdə etnik zəmində toqquşmalara səbəb ola bilməz.
Lakin cəhdlər səngimir və bu siyasətin də kökündə "yalanları artıraq, bəlkə, inandılar?" ümidi durur.
Amma çətin alınsın.
Afrika və Latın Amerikası üzrə "mütəxəssis"lər, Abxaziyadakı separatçılar, Dnestryanı bölgədəki "antibessarab ruhlu qəhrəmanlar" Azərbaycandakı talışlardan bəhs etdikcə özlərini rüsvay edirlər.
Yalan danışmaq üçün ilk əvvəl yaxşı hafizə, sonra bacarıq gərəkdir.
Bizi hədəfə alanların, "Talış-Muğan Respublikası" adlı idiotizmi yenidən gündəmə gətirməyə çalışanlarınsa qavrama qabiliyyətlərində problemlər var.
"İt ürəyi"ndəki Poliqraf Poliqrafoviçdə olduğu kimi...

Elçin Alıoğlu