“Həmsədlərin fəaliyyəti sırf erməni təəssüfkeşliyi üzərində qurulub” Siyasət

“Həmsədlərin fəaliyyəti sırf erməni təəssüfkeşliyi üzərində qurulub”

Musa Qasımlı: "Təcavüzkarı məcbur etməlidirlər ki, işğal etdiyi əraziləri boşaltsın"

"Həmsədlərin fəaliyyəti sırf erməni təəssüfkeşliyi üzərində qurulub. Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaradılıb. Deməli, bu münaqişədə təcavüzkar və təcavüzə məruz qalan aydın görünür. Ermənistan təcavüzkardır, Azərbaycan isə təcavüzə məruz qalan. Əgər ATƏT-in Minsk qrupu həmsədrləri özlərinin imzaladıqları beynəlxalq qanunlara riayət edirlərsə, deməli təcavüzkarı məcbur etməlidirlər ki, işğal etdiyi əraziləri boşaltsın". Bunu millət vəkili Musa Qasımlı deyib. O, bildirib ki, həmsədr ölkələr Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağı tələb etmirlərsə, deməli səbəb var: "Səbəblər isə aydındır. İşğalı unutdurmaq Ermənistanı deyil, Azərbaycanı "oldu-bitdi" ilə barışdırmaq istəyirlər. Hesab edirəm ki, həmsədrlər öz fəaliyyətləri ilə ölkələrini gözdən salırlar, beynəlxalq hüququ ayaq altına atırlar. Təcavüzkarı şirnikləndirmək, həvəsləndirmək olmaz. ATƏT-in Minsk qrupunun təşkilat tərəfindən verilmiş konkret mandatı var. Təəssüf ki, həmdsədrlər həmin mandata riayət etmirlər. Texniki məsələlərlə-atəşkəsin pozulması və digər xırda məsələlərlə məşğul olurlar. Onların mandatının ana xətti Ermənistanın təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsini nizamlamaqdır. Həmsədrlərin fəaliyyəti əslində yaranmış münaqişənin həllinə deyil, dondurulmasına və uzadılmasına yönəldilib. Bu da ikili standartların erməni təəssüfkeşliyinin və digər təəssüfkeşliklərin göstəricisidir".