İrəvanda Fransa əleyhinə aksiya keçirilib Siyasət

İrəvanda Fransa əleyhinə aksiya keçirilib

Bu gün Ermənistanda Fransa əleyhinə etiraz aksiyası keçirilib.

"Xalq Cəbhəsi" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, aksiya Fransanın İrəvandakı səfirliyinin qarşısında keçirilib.

Aksiya iştirakçıları Fransanı Laçın dəhlizindəki situasiyaya səssiz qalmaqda ittiham ediblər.
Həmçinin, aksiyaçılar rəsmi Parisi addım atmağa, ermənilərə kömək etməyə çağırıblar.

Aksiya zamanı saxlanılanlarla bağlı məlumat yoxdur.

Cavid