İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri başa çatıb Siyasət

İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri başa çatıb

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri martın 3-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İraq Prezidenti Əbdüllətif Camal Rəşidi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.