“Elmi kontentə sistemli dəstək lazımdır”
12 İyun 15:43
12 İyun 15:43
12 İyun 14:51
3 Aprel 2023 14:20
2 562
Azərbaycan İranın hərəkətlərindən BMT-yə və Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etməlidir. Eyni zamanda Tehrandakı səfirliyimizdə törədilən ölüm ilə nəticələnən və Millət vəkilinə qarşı terror aktlarının təşkilatçısı, cavabdehi olduğu üçün təzminat tələb etməlidir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Qeyd edib ki, İran rəsmilərindən bu işlərə cavabdeh olanlar barəsində beynəlxalq axtarış elan edilməlidir:
"Beynəlxalq aləm beynəlxalq və regional təhlükəsizliyə təhlükə törədən İran üzərində təzyiqlərini artırmalıdır. İran hərəkətlərinin cavabsız qalmayacağını görməli və öz üzərində real hiss etməlidir.
Azərbaycan İran dövlətinin təhrikedici addımlarının qarşısını öncədən almaq üçün beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət göstərməlidir. İran rejiminə siyasi və iqtisadi təzyiqlərin artırılması üçün dost və müttəfiq ölkələrə açıq şəkildə müraciət edilməli, onlara İran rejimi ilə əlaqələrinə yenidən baxmaq təklif edilməlidir, xüsusilə də, Türkiyə və Pakistana. Müharibə olandan sonra gec olmasın deyə.
İran rejimi hər cür əxlaqdan yoxsul bir rejimdir. Rejimin başında dayananlar isə dindən kənar uşaqbaz, əxlaqsız məxluqlardır. Bunlardan hər alçaqlığı gözləmək olar. Odur ki, işimizi ehtiyatlı tutmalıyıq".
Cavid
12 İyun 20:31
1 309
12 İyun 18:36
1 218
12 İyun 17:22
1 169