“Reuters”: ABŞ və İran arasında memorandum bazar günü Cenevrədə imzalana bilər
CNN: İsrail ABŞ-a İranın bloklanmış aktivləri ilə bağlı təzyiq göstərir
Hacıqabul rayonunda iki günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahələri ayrılıb
Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi üçün ayrılan torpaq sahəsi artırılıb
16:54
1 085
“2026-2030 cü illərdə kənd təsərrüfatı və onunla əlaqəli sektorların inkişafı üçün nəzərdə tutulmuş dövlət proqramı bu sahənin inkişafı üçün yeni eranın başlanğıcı olacaq. Məlumdur ki, qeyri-neft sektorunun inkişafı dövlətimiz üçün prioritet məsələdir. Bu sahənin inkişafı, həmçinin gəlirliliyinin artırılması, bundan əlavə sahəyə marağın artması yönündə müxtəlif dövlət layihələri icra olunur”.
Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova deyib.
G.Hüseynova qeyd edib ki, nəzərdə tutulan dövlət proqramı da məhz həmin sektorun potensialının yüksəlməsinə xidmət edəcək: “Burada əsas məsələ isə fermer və kəndlilər üçün innovativ və texnoloji inkişaf, eləcə də məhsulun asanlıqla bazara çıxarılması, satışı, həmçinin logistika və saxlanc anbarlarının tikintisi ilə bağlı görüləcək işlərdir. Düşünürəm ki, nəzərdə tutulan dövlət proqramı çərçivəsində ixrac potensialının artırılması istiqamətində işlər görüləcək”.
İqtisadçının sözlərinə görə, artıq qeyri-neft sektorunun, xüsüsi ilə də kənd təsərrüfatı sektorunun gəlirliliyi dövlət büdcəsində əhəmiyyətli paya sahib olmalıdır: “Bundan əlavə qeyd edim ki, ərzaq təhlükəsizliyi məsələsi də beynəlxalq arenada vacib məsələdir. Etibarlı ərzaq təminatı hər ölkə üçün vacib məsələdir. Məhz bu kimi səbəblərdən də ölkənin aqrar sektorunun sürətli inkişafı həm iqtisadi həm də dövlət maraqları baxımından əhəmiyyətlidir”.
Röya İsrafilova
15:35
945
13:57
931
13:29
931