Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
“Münasibətlərin tam normallaşdığını söyləmək hələ mümkün deyil”
Bütün Qafqazın Şeyxi Özbəkistan Prezidenti tərəfindən ali mükafata layiq görülüb
Diplomatların peşə bayramı münasibətilə Gülüstan sarayında rəsmi qəbul keçirilib - FOTO
12 İyun 17:22
2 723
Slovakiya Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bu barədə dövlət katibi “X” hesabında bildirib.
Dövlət katibi qeyd edib ki, görüş ötən il dekabrda Bratislavada keçirilən ilk fikir mübadiləmizdən və konsulluq əməkdaşlığı haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra baş tutub.
"Slovakiya–Azərbaycan Strateji Tərəfdaşlığını və ikitərəfli münasibətləri daha da gücləndirmək istiqamətində ortaq öhdəliyimizi müzakirə etmək imkanını yüksək qiymətləndirdim.
Biz daha yüksək səviyyəli səfərlərin hazırlanması üzərində çalışırıq. Nəqliyyat, biznes, innovativ həllər, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün bütün imkanlar açıqdır”, - Dövlət katibi əlavə edib.
11:42
497
11:31
525
11:08
679