Bütün Qafqazın Şeyxi Özbəkistan Prezidenti tərəfindən ali mükafata layiq görülüb
Diplomatların peşə bayramı münasibətilə Gülüstan sarayında rəsmi qəbul keçirilib - FOTO
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir
12 İyun 17:22
2 471
“Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” qərara dəyişiklik edilib.
APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 263,36 hektar torpaq sahəsi qoyuluş gücü ilkin mərhələdə 50 MVt olmaqla, ümumilikdə 100 MVt gücündə olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Qeyd edək ki, bundan əvvəl Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229,0 ha hektar torpaq sahəsi nəzərdə tutulmuşdu.