

22 Sentyabr 21:27
“Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyevdən ölkəmizin NATO və Avropa Birliyi ilə əməkdaşlığı haqda Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması kimi fakt qarşısında qoyan açıqlama verdi. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: Prezident bildiirb: “…Azərbaycanın Türkiyənin hərbi müttəfiqi olması səbəbindən NATO-nun hərbi müttəfiqinə çevrilməsini söyləməkdə tamamilə haqlısınız.
...NATO on beş il bundan əvvəl Ukraynaya və Gürcüstana üzvlüyünü vəd etmişdi. Onlar olduqları yerdədirlər. Lakin biz ordusunun gücü baxımından NATO-nun ikinci dövləti ilə saziş imzaladıq və bu ciddidir. Beləliklə, biz əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçmişik.
…Biz hətta “Şərq tərəfdaşlığı” Proqramına üzv bəzi dövlətlərdən fərqli olaraq Avropa İttifaqı ilə Assosiasiya sazişinə imza atmadıq. Lakin biz bunu onlarla yaxın olmaq istəmədiyimizə görə etmədik. Biz vahid əməkdaşlıq formatında yer almaq istəmirik. Fikrimcə və mən bunu tam səmimiyyətlə deyirəm assosiasiya sazişi, sözün əsl mənasında, saziş deyil. Bu, sadəcə, bir sözdür. Bu, həmin formata qoşulmuş ölkələrə təqdim olunmuş, sadəcə, təlimatlardan ibarət bir siyahıdır. Bu, onların seçimidir və biz ona hörmətlə yanaşırıq. Lakin bu, bizim seçimimiz deyil. Biz fərqli yolu seçmişik və biz Avropa İttifaqına üzv olan doqquz dövlət ilə strateji tərəfdaşlıq sazişini və bəyannaməsini imzalamışıq. Beləliklə, bu, üzv dövlətlərin üçdəbirini təşkil edir. Fərqi yoxdur, strateji tərəfdaşlıq haqqında imzalanmış və ya qəbul edilmiş bəyannamələr assosiasiya sazişindən daha böyük dəyərə malikdir”.