

Heydər Əliyev dahi və peşəkar siyasətçi idi.
Trend-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının sədr müavini Aleksey Gordeev
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.
A.Gordeev bildirib ki, həmişə öz xalqına xidmət edən Heydər Əliyevin xatirəsi Rusiyada da əziz tutulur.
"O, hər zaman insanlara qarşı qayğıkeş olub. Heydər Əliyev Rusiyanın böyük dostu idi. Onun Rusiya-Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə töhfəsini yüksək qiymətləndiririk. Heydər Əliyevin xatirəsini daim qəlbimizdə əziz tutacağıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.