24 Mart 16:49
22 May 2023 22:20
2 709
Xalis sıfır tullantılı iqtisadiyyatların inkişafı, həmçinin Litva və Azərbaycan iqtisadiyyatlarını bir-birinə daha da yaxınlaşdıra bilər. Bizim bugünkü özgüvənimiz son on il ərzində möhtəşəm enerji keçidi prosesi ilə dəstəklənmişdir. Bu, Litvaya Rusiyadan enerjinin, o cümlədən neft, elektrik enerjisi və təbii qazın təchizatını tamamilə dayandıran ilk Avropa ölkəsi olmağa imkan verdi.
Trend xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında deyib.
Hazırda iqtisadi model yanaşmasında fiksə edilmiş aşağı qiymətli enerjinin həm qurudakı, həm də dənizdəki bərpaolunan enerji mənbələrindən generasiya olunduğunu vurğulayan Litva Prezidenti bildirib: “Bu, bizim istehsal və xidmət sektorlarımızın rəqabət qabiliyyətini əhəmiyyətli şəkildə gücləndirəcək. Azərbaycan sahibkarları bundan faydalanmaq üçün bu prosesə qoşula bilərlər”.
24 Mart 14:47
1 351
23 Mart 14:07
1 771
23 Mart 12:20
1 897