Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Azərbaycan Prezidenti: Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq
Prezident: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
30 May 2023 14:55
2 632
"İki məsələyə münasibətimi bildirmək istəyirəm. Birincisi, cənab Prezidentimiz İlham Əliyevin mayın 28-də Müstəqillik günü bayramında Laçın şəhərində bir sıra infrastuktur layihələrin əsasını qoyması, evlərin açarlarını təqdim etməsi və sakinlərlə görüşdə çıxışı tarixi əhəmiyyət daşıyır". Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Musa Qasımlı deyib. M.Qasımlı bildirib ki, laçınlı bacı və qardaşlarımızın dədə-baba yurdlarına qayıtması dövlətimizin qarşıya qoyduğu hədəflərə planlı şəkildə çatdığını və aydın strategiyanın olduğunu göstərir: "İndiyədək dediyi bütün sözləri yerinə yetirən dövlət başçımızın çıxışı Ermənistana, dünya erməniliyinə və onların havadarlarına qəti xəbərdarlıqdır. Bu il ölkə rəhbərimizin millətimizə yeni müjdələr verəcəyinə əminəm. İkincisi, dünyanın 20 ölkəsindən biri olan qardaş Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda türk milləti təkcə dövlət başçısını seçmədi, eyni zamanda dünyaya demokratiya dərsi keçdi, türk dövlətləri ilə əməkdaşlığın və dövlətləri olmayan türk topluluqları ilə əlaqələrin, yürüdülən müstəqil xarici siyasətin davam etdirilməsinə səs verərək Türkiyəni geriyə aparmaq istəyən xarici qüvvələri yerində oturtdu. Qalibi bütün türk milləti, türk dünyası və Türkiyənin dostları olan seçkinin nəticələri göstərdi ki, türk dünyasının, onun aparıcı dövlətlərindən biri olan Azərbaycanın maraqlarını arxa plana keçirən kimsə, heç bir siyasi partiya Türkiyədə hakimiyyətə gələ bilməz, gəlsə də idarə edib qala bilməz. Qardaş türk millətinə və dövlətinə uğurlar arzulayıram. İnanıram ki, ölkələrimiz arasında əməkdaşlığın təməlləri daha da möhkəmləndiriləcək".
Əli