“Qərbi azərbaycanlılarının köçünün hansı ssenaridən sonra baş tutacağı önəmlidir” Siyasət

“Qərbi azərbaycanlılarının köçünün hansı ssenaridən sonra baş tutacağı önəmlidir”

“Qərbi azərbaycanlılarının köçünün hansı ssenaridən sonra baş tutacağı önəmlidir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib. A.Kərimov bildirib ki, əgər Ermənistan Bakının şərtləri ilə razılaşsa, onda köç prosesi sülhün elementi olaraq qəbul ediləcək: “Yox, əgər Ermənistan Azərbaycanın delimitasiya, Zəngəzur dəhlizinin açılması tələbləri ilə razılaşmasa, onda hərbi, kəşfiyyat ssenariləri dövriyyəyə salınacaq və İrəvan yekunda nəticələrlə zorla razılaşmalı olacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların intensivləşməsinə baxmayaraq, cari hərbi vəziyyət proseslərin hansı istiqamətə gedəcəyini qiymətləndirməyə imkan verir”.