“Sübutlar yoxdur, ehtimallar var”
6 Aprel 21:35
6 Aprel 21:35
6 Aprel 21:30
6 Aprel 21:19
6 Aprel 21:10
27 İyun 2023 12:36
4 627
Prezident İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu göndərib.
Məktubda deyilir:
Hörmətli cənab Prezident,
Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Cibuti dövlətlərarası əlaqələrinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
6 Aprel 21:11
945
6 Aprel 20:26
1 155
6 Aprel 19:12
1 162