Sahibə Qafarova: Türkiyənin yanımızda olmasını xalqımız unutmayacaq
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Sahibə Qafarova: Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər
Vüqar Rəhimzadə: Qayıdış ünvanlarının sayının artması Zəfər Gününün sevincinə sevinc qatır
1 Avqust 2023 19:19
2 674
Dünən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının virtual formatda növbədənkənar iclası keçirilib. Bir sıra ölkələrdə Quran-i Kərimin təhqir olunması və yandırılması halları ilə əlaqədar keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir müavini Fariz Rzayev tədbirdə çıxış edərək, xarici ölkələrində müqəddəs Quranın yandırılması və təhqir olunması hallarına yol verildiyini, bunun ifadə azadlığı adı altında təqdim olunması kimi məsuliyyətsiz hərəkətlərin qəbuledilməz olduğunu vurğulayıb, müvafiq dövlət qurumları tərəfindən İslamofobiya ilə mübarizə aparmağa çağırış edib.
Bundan əlavə, F.Rzayev çıxışında Azərbaycanın müstəqilliyinin ilk günlərindən İslamofobiyanın qurbanına çevrildiyini və ərazilərimizin 20%-nin Ermənistan tərəfindən işğalı zamanı erməni qüvvələrinin çoxlu sayda məscidləri, mədrəsələri və islam irsimizin simvollarını dağıtdığı faktlarını diqqətə çatdırıb. Buna baxmayaraq, Azərbaycanın nifrət və zorakılıq əvəzinə multikulturalizm və tolerantlıq dəyərlərini təşviq etdiyi, bununla bağlı, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası platforma kimi bır sıra yüksək səviyyəli tədbirlərə mütəmadi əsasda ev sahibliyi etdiyi qeyd olunub.
Növbədənkənar iclasın sonunda məsələyə dair müvafiq qətnamə qəbul edilib.
20:25
322
20:23
315
20:10
392