

"Azərbaycan Ermənistana növbəti səfər sülh təklifləri paketi göndərib. Baş nazir Nikol Paşinyan təklifə cavab verəcəklərini qeyd edib". Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Ermənistan əvvəlki təkliflərə cavabında Qarabağla bağlı bənd salırdı. Növbəti cavablarında Qarabağla bağlı bənd olmayacaqsa, sülh müqaviləsinin bağlanması istiqamətində ciddi irəliləyişlər olacaq.
Amma, Ermənistan tərəfi yenidən Qarabağla bağlı bənd salacaq. Bu, Paşinyan üçün müəyyən qədər vaxt qazanmağa hesablanıb. Ermənistan rəhbərliyi yaxşı bilir ki, Xankəndi məsələsi bitib".