Azərbaycan bizim mühim tərəfdaşımızdır - İtaliya XİN Siyasət

Azərbaycan bizim mühim tərəfdaşımızdır - İtaliya XİN

İtaliyanın xarici işlər naziri Antonio Tacani Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Trend xəbər verir ki, bu barədə italiyalı nazir "X" (Tvitter) sosial şəbəkə hesabında yazıb.

"Davam edən gərginlik fonunda Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşmək istədim. Qarabağda diplomatik həll yolu tapmaq üçün dialoq və təmkinin zəruriliyini vurğuladım. Azərbaycan bizim mühim tərəfdaşımızdır. Biz insan alverinə qarşı da birgə işləyirik", - deyə o, əlavə edib.

Qeyd edək ki, 18 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu York şəhərinə yola düşüb.