ATƏT ölkələrinin XİN rəhbərləri Almaniyada görüşəcəklər Siyasət

ATƏT ölkələrinin XİN rəhbərləri Almaniyada görüşəcəklər

ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində görüşəcəklər.
Görüş ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin dəvəti əsasında baş tutacaq.
Qeyri-rəsmi görüşdə ATƏT zonasında ümumi çağırışlar və ATƏT-ə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək. Əsas diqqət böhran və münaqişələrin, o cümlədən Ukrayna böhranının həlli, terrorizmə qarşı mübarizə, silahlanmaya nəzarət məsələlərində təşkilatın fəaliyyəti kimi məsələlərə yönələcək.
Görüş dekabrın əvvəlində Hamburqda keçiriləcək Almaniyanın ATƏT-ə sədrliyinin yekunu ilə bağlı ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq xarakteri daşıyır.