BAXCP Ali Məclisinin iclası keçirilib Siyasət

BAXCP Ali Məclisinin iclası keçirilib

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib.

Yetərsayla bağlı məlumatdan sonra iclas açıq elan edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin və şəhidlərin xarirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra gündəlik təsdiqlənib və təşkilat məsələlərinin müzakirəsinə başlanılıb. Partyanın nizamnaməsinə uyğun olaraq, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) fəaliyyətinin tam tərkibdə təmin edilməsi üçün, sözügedən quruma yeni üzvün seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Səsvermənin nəticəsinə uyğun olaraq, Habil Hüseynov MNTK-nın üzvü seçilib.

Təşkilat məsələrinin müzakirəsindən və müvafiq qərarların qəbulundan sonra, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ictimai-siyasi vəziyyətl bağlı çıxış edib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsini xalqımızın ən böyük tarixi nailiyyəti kimi qiymətləndirən BAXCP sədri ABŞ da daxil olmaqla kollektiv Qərbin ölkəmizə qarşı əssassız iddialarından, beynəlxalq hüquqa və ədalət prinsiplərinə zidd davranışlarından söz açıb. Qüdrət Həsənquliyev qeyd edib ki, bəzi dairələr qələbəmizin üzərinə kölgə salmağa, sülh müqaviləsinin məğlub Ermənistan üçün mümkün qədər əlverişli şərtlərlə imzalanmasına cəhd göstərsələr də, bu istiqamətdə göstərilən səylər heç bir nəticə verməyəcək.

BAXCP sədri öz çıxışında ölkədəki sosial-iqtisadi vəziyyətə, qeyri-neft sektorunun inkişafının vacibliyinə və iqtisadiyyatın enerji sahəsindən asılılığının mümkün qədər azadılması üçün islahatların həyata keçirilməsinin zəruriliyinə diqqət çəkib.

İclasda BAXCP Ali Məclisi sədrinin müavini, Qarabağ komitəsinin sədri Faiq İsmayılovun işğaldan azad edilmiş ərazilərimizdəki tarixi-mədəni abidələrin mövcud vəziyyəti ilə bağlı məruzə də dinlənilib.

Cari məsələrin müzakirəsi zamanı BAXCP-nin baş katibi Yaşar Kələntərli çıxış edib və “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq, rayon və şəhər təşkilatlarının rəhbərlərinə müvafiq təlimatlar verib.