Azərbaycan prezidenti Avropa Parlamentinin vitse-prezidentini qəbul edib Siyasət

Azərbaycan prezidenti Avropa Parlamentinin vitse-prezidentini qəbul edib

Azərbaycan prezidentiİlham Əliyev sentyabrın 9-da Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Riçard Çarnetskinin Azərbaycanın dostu olduğunu qeyd edərək onun ölkəmizə bir neçə dəfə səfər etməsinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətinin səfərinin Azərbaycanda gedən proseslərlə daha yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını bildirib.
Azərbaycanda həyata keçirilən islahatların və görülən işlərin Azərbaycan dövlətinin suveren hüququ olduğunu deyən Riçard Çarnetski qeyd edib ki, prezident İlham Əliyevin daxili və beynəlxalq siyasətinizi bəyənirlər.
Görüşdə beynəlxalq aləmdə ikili standartların mövcud olduğu, bir sıra məsələlərə qərəzli münasibət göstərildiyi qeyd edilib.
Söhbət zamanı Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi məqsədilə hüquq və qanunvericilik sahəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb.