Azərbaycan prezidenti Moldova baş naziri ilə görüşüb Siyasət

Azərbaycan prezidenti Moldova baş naziri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Bişkekdə Moldova baş naziri Pavel Filip ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu bildirilib, əlaqələrimizin böyük potensiala malik olmasından məmnunluq ifadə edilib, Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb.
Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğu diqqətə çatdırılıb, iqtisadi, ticari, nəqliyyat, energetika, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində yaxşı əməkdaşlığın mövcudluğu qeyd edilib. Hökumətlərarası komissiyanın fəaliyyətinin daha da fəallaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.