“Vyetnam sindromu“, “əfqan sindromu“ olduğu kimi, “Xocalı sindromu“ da var“ Siyasət

“Vyetnam sindromu“, “əfqan sindromu“ olduğu kimi, “Xocalı sindromu“ da var“

"Azərbaycanda hazırda 2 milyondan çox ailə var. Hər il 75 mindən çox ailə qurulur. Bu ailələrdən bəzilərinə ünvanlı sosial yardım, çoxuşaqlı ailələrə isə müavinət verilir".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusunda keçirilən dəyirmi masada deyib.
Dünyada müharibə və münaqişələrin davam etdiyini qeyd edən komitə sədri bunların qarşısını almaq üçün mexanizmlərin mövcud olmadığını bildirib: "Müharibələrin qurbanı olan insanlar ciddi psixoloji təsirlərə məruz qalırlar. Bu təsirlərin davamı kimi xəstə uşaqlar dünyaya gəlir, ailələrdə gərginlik yaşanır. Dünyada "Vyetnam sindromu", "əfqan sindromu" mövcuddur. Xocalıda törədilən genosid isə "Xocalı sindromu" yaradıb".