BMT TŞ münaqişələri həll edə bilmir - İsveçrənin sabiq prezidenti Siyasət

BMT TŞ münaqişələri həll edə bilmir - İsveçrənin sabiq prezidenti

XXI əsrdə problemsiz dünyada yaşamaq mümkün deyil.

Trend xəbər verir ki, bunu İsveçrənin sabiq prezidenti Mişeline Kalmi-Rey XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.

“Dünyanı bərpa üçün atılan addımlar kağız üzərində qalır. Hər şey böyük güclərdən, onların qanunlara hörmətlə yanaşmasından aslıdır. Problem odur ki, böyük güclər qanunun aliliyinə biganə yanaşırlar. Beləliklə, ölkələr ekstremizmdən əziyyət çəkir.

Çoxtərəfli təsisatlar bu problemlərə həll yolu tapa bilmir. BMT TŞ münaqişələri həll edə bilmir”, - deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.