Netenyahu niyə gəlir? Siyasət

Netenyahu niyə gəlir?

Qabil Hüseynli: "Bu, köklü bir səfərdir və mühüm əhəmiyyət kəsb edir"

Məhəmməd Əsədullazadə: "İmzalanacaq sənədlər iki ölkə arasında inkişafın pik nöqtəsi olacaq"

İsrailin baş naziri Binyamin Netanyahu Azərbaycana səfər edəcək. İsrail KİV-i xəbər verir ki, bu barədə Netanyahu Nazirlər Kabinetinin oktyabrın 30-da keçirilən iclasında deyib. Baş nazirin sözlərinə görə, səfər yaxın üç ay ərzində həyata keçiriləcək. O, Azərbaycanla yanaşı Avstraliya, Sinqapur və Qazaxıstana da gedəcək. Məlumatda deyilir ki, baş nazir indiyə kimi adıçəkilən üç ölkəyə səfər etməyib.
Maraqlıdır, İsrail baç nazirinin Azərbaycana səfəri hansı strateji əhəmiyyət daşıyır? Müzakirə ediləcək məsəslələr arasında Qarabağ olacaqmı?
Politoloq Qabil Hüseynli "Netanyahu Azərbaycana çox uyğun bir zamanda gəlir. Çünki bölgədə sülhyaratma prosesi dayandırılıb və vəziyyət gərginləşib. Artıq müharibə məsələsi qapının ağzındadır. Üstəgəl, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar da nəticə vermir. Netanyahu belə bir zamanda rəsmi səfərə gəlir. Bu, köklü bir səfərdir və mühüm əhəmiyyət kəsb edir" deyə bildirib. Ekspertin fikrincə, səfər zamanı bir sıra sənədlərin imzalanması gözlənilir: "İmzalanacaq sənədlər İsraildən yeni nəsil silahların alınması ilə bağlı ola bilər. Eyni zamanda, Azərbaycanda İsraillə birgə hərbi sənaye obyektlərinin yaradılmasını özündə ehtiva edən sənəd imzalana bilər. Zənnimcə, Azərbaycanın İsraildə səfirlik açması məsələsi də səfər zamanı müzakirə edilə bilər. Bu isə Azərbaycan-İsrail münasibətlərini yeni mərhələyə qaldırar. Üstəlik İsrailin təsiri altında olan yəhudi lobbisinin Azərbaycana olan marağı daha da yüksələ bilər".
Politoloq Azərbaycan-İsrail münasibətlərinin inkişafından narahat olan İranın Netanyahunun səfərinə verə biləcəyi reaksiya barədə də danışıb: "İranın reaksiyası bizi zərrə qədər də maraqlandırmamalıdır. Çünki özünü şiə dünyasının lideri hesab edən İran özü Ermənistana yardımlar edir. Azərbaycanın bir dövlətlə əlaqələr yaratmasının üçüncü bir dövlətə, xüsusilə İrana heç bir dəxli yoxdur. Azərbaycan öz siyasətini müstəqil şəkildə yürüdür. Buna heç kim qarışa bilməz".
Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, İsraillə Azərbaycan arasında hərbi əməkdaşlığın daha da genişlənməsi ordumuzun gücünə güc qatacaq: "Biz artıq bir dəfə bunun bəhrəsini görmüşük. Aprel döyüşlərində İsraildən aldığımız silahların hesabına düşmənə sarsıdıcı zərbələr endirildi. Düşmən özü də bunu etiraf etdi. Aprel döyüşlərindən sonra regionda hərbi balansı bərpa etmək üçün Rusiya Ermənistana silah yardımları göstərməyə başladı. Netanyahunun bu hadisələrdən sonra Bakıya gəlişi zamanı şübhəsiz ki, hərbi əməkdaşlıq məsələləri də müzakirə olunacaq. Xüsusi vurğulamaq istərdim ki, İsrail silahları rus istehsalı olan sursatlardan xeyli müasirdir".
Politoloq Məhəmməd Əsədulazadə isə vurğuladı ki, İsrailin baş naziri Binyamin Netanyahunun Yaxın Şərqdə və Qafqazda gedən geosiyasi bir gərginlik situasiyasında Azərbaycana gəlişi iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı aspektində mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, İsrail müsəlman ölkəsi olan Azərbaycanla hərbi-siyasi iqtisadi əlaqlərə çox əhəmiyyət verir və Azərbaycan üzərindən Mərkəzi Asiyanın türk-müsəlman ölkələri ilə əlaqə maraqlıdır: "Azərbaycan İsrailin əsas silah alıcısı və neftinin idxalçısıdır. Beynəxlaq təşkilarda yəhudi lobbisinin ölkəmizə dəstəyi daim olub. Benyamin Netanyahunun ölkəmizə səfərində Azərbaycanda maraqlıdır və bu, səfərdə imzalanacaq sənədlər iki ölkə arasında inkişafın pik nöqtəsi olacaq. Əsasən Azərbaycan İsrailin yenj müassir silahlarınln alınmasında və yeni israilli mütəxəssislər ilə birgə silah zavodlarının tikilməsi, beynəlxalq təşkilatlarda yəhudi lobbisi ilə sıx əməkdaşlıqda maraqlıdır".
Onun fikrincə, əsas pərdəarxası müzakirələrdə İsraildən yeni silah partiyalarin alınması, raket əleyhinə Dəmir gümbəzlərin ölkəmizə verilməsi, terrorizmlə mübarizədə MOSSAD la birgə əməkdaşlıq, İsrailli iş adamlarının ölkəmizə sərməyə qoyması və digər siyasi münasibətlər çərçivəsində danışıqlar aparacaq: "İsraildə Azərbaycandan İsraildə səfirliyin açılmasını dilə gətirəcək.Binyamin Netanyahunun səfəri Ermənistan da soyuq duş effektdi yaradacaq. İsgəndər-M raketlıri ilə öyünən Ermənistanın bu səfərdən sonra həmin raketləri məhv edən silahlar Azərbaycanda olacaq. İsrail Qarabağ münaqişəsində Azərbaycanı əməldə dəstəkləyir. Məhz onun silahları ilə düşmənə Apreldə cəhənnəm yaşandı. İsraildən daha hərbi-kəşfiyyat xarakterli avadanlıqlarda alınacaq. Bu cəbhədə erməni mövqelərinin dərinlikdə hərəkətlərini tam nəzarətdə saxlamağa imkan verəcək. Azərbaycan ballistik raketlırin istehsalı üçün İsraillədə danışıqlar aparacaq. Bu tarixi səfər olmaqla, Azərbaycanın hərbi imkanlarının inkişaf etdirilməsində geniş imkanlar açacaq".

Əli