Rusiya ordusunun Zaporojyeni atəşə tutması nəticəsində 5 nəfər ölüb Dünya

Rusiya ordusunun Zaporojyeni atəşə tutması nəticəsində 5 nəfər ölüb

Noyabrın 20-dən 21-nə keçən gecə Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbə nəticəsində beş nəfər həlak olub, üç nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Zaporojye administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.

Qeyd olunur ki, 20 noyabr cümə axşamı, saat 22:10-da Rusiya ordusu Zaporojyeyə hücuma keçib.

Hücum nəticəsində yaşayış binalarına, mağazalara və bazara ziyan dəydiyi bildirilir.