"Ermənistan revanşa hazırlaşdırılır" Siyasət

"Ermənistan revanşa hazırlaşdırılır"

ABŞ-Aİ-Ermənistan arasında 5 apreldə planlaşdırılan görüş Cənubi Qafqaz regionu üçün yaxşı heç nə vəd etmir. ABŞ və Aİ regiona əsaslı şəkildə daxil olmaq üçün planlar hazırlayırlar. Görüş xüsusi qeyd edilməsə də, söhbət faktiki olaraq hərbi paktdan gedir və bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, hərbi pakt Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir. Ermənistan revanşa hazırlaşdırılır.
ABŞ və Aİ regionu yeni
qeyri-sabitlik və fəlakətə sürükləyir:

"Görünən odur ki, Qafqazda ikinci Ukrayna ssenarisi və ikinci cəbhənin açılması üçün son hazırlıqlar davam edir.
Hesab edirəm ki, ABŞ və Aİ Ermənistanı öz istəklərinə qurban verməyə hazırlaşırlar. Ermənistanın
potensialının nəyə qadir olduğu bəllidir. Ermənistanın arxasında ABŞ və Aİ dayansa belə, onunla hansısa planlar cızmaq ən perspektivsiz işdir. ABŞ və Aİ Ermənistanı Rusiyanın ayağı altında qurban kəsməyə hazırlaşırlar. Bu oyuna Azərbaycanı da qatmaq istəyirlər. Amma Azərbaycan Ermənistanı region ölkələrinin öhdəsinə buraxacaq. Ermənistana verilməsi gərək olan dərsi Azərbaycan dəfələrlə verib. Ermənistan bundan nəticə çıxarmalıdır. Nəticə çıxarmağı bacarmasa 20-ci əsrin əvvəlində mövcud olan "Vudro Vilson planı" - "Böyük Ermənistan"dan geriyə qalan indiki Ermənistandan da heç nə qalmayacaq".

Cavid