“İkinci Qarabağ müharibəsində CHP-nin ölkəmizə ciddi dəstəyinin şahidi olmadıq” Siyasət

“İkinci Qarabağ müharibəsində CHP-nin ölkəmizə ciddi dəstəyinin şahidi olmadıq”

“İkinci Qarabağ müharibəsində CHP sədri Kamal Klıçdaroglunun və funksionerlərinin ölkəmizə ciddi dəstəyinin şahidi olmadıq. CHP Azərbaycana dəstək vermədi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, CHP rəhbərliyin dəyişməsi, yeni sədrin Azərbaycanla bağlı müsbət mesajlarının şahidi oluruq: “Hətta CHP sədri Özgür Özər başkanlığa seçiləndə ilk səfərini Azərbaycana edəcəyini vurğulamışdır.
Türkiyənin güclənməsi fonunda Azərbaycanla da sıx müttəfiqlik əlaqələrinə malik olması yeni rəhbərliyin siyasətində dəyişikliklər edib”.