Rütte: NATO Hörmüz boğazının minadan təmizlənməsində iştirak etmir Dünya

Rütte: NATO Hörmüz boğazının minadan təmizlənməsində iştirak etmir

NATO Hörmüz boğazında minadan təmizləmə əməliyyatları keçirmir, lakin vəziyyəti diqqətlə izləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte Berlinə səfəri zamanı bəyan edib.

"Bu, NATO-nun ərazisinə aid deyil. Əlbəttə ki, biz baş verənləri izləyirik, NATO ölkələri sıx koordinasiya olunurlar. Vacib bir Fransa-Böyük Britaniya təşəbbüsü var. Məsələn, Latviya, Litva və digər bəzi ölkələr fəallıq nümayiş etdirirlər. Onlar öz adamlarını təhlükəyə atmırlar, lakin minadan təmizləməyə kömək edirlər. Hər şey ABŞ ilə əməkdaşlıq çərçivəsində baş verir. Bu, NATO missiyası deyil, lakin biz izləyirik və imkan daxilində kömək edirik", — deyə Rütte bildirib. Onun çıxışı alyansın sosial şəbəkələrdəki səhifələrində yayımlanıb.

Məryəm Quliyeva